AZE ENG
Facebook
Twitter Google Myspace
V Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Konfransı-YOCOCU 2016
17-4-2016

V Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Konfransı-YOCOCU 2016
21-23 sentyabr 2016
Madrid, İspaniya

YOCOCU 2016-da mədəni irsin xarakteristkası, diaqnozu, konservasiyası və bərpası mövzusunda məqalələr qəbul olunacaq. Orada həmçinin müasir incəsənət, sənaye irsi, təhsil və mədəni irsin müxtəlif sahələrində peşəkar və tədqiqatçılar öz tədqiqatlarını məruzə etməyə dəvət olunur.

MÖVZULAR:

MATERİALLAR

Maddi-mədəniyyət nümunəsindən ta arxeoloji kompleks, metal sikkədən heykəltəraşlıq nümunəsi, əlyazmadan tikili, istənilən material üzərində iş təqdimatı mümkündür: daş, əhəng, sement, beton, torpaq materialları, keramika, metal, mozaika, kağız, şəkil, video, film, tekstil, şəkilçəkmə, şüşə, plastik, piqmentlər, üzvi materialları, ağac və s.

MƏDƏNİ İRS

Arxeoloji irs, memarlıq irsi, müasir incəsənət nümunəsi, sənaye irsi, sualtı irs, muzey kollkesiyaları, mədəni landaşft qeyri-maddi mədəni irs nümunələri.

TEXNİKALAR

Mədəni irsin xarakteristkası, diaqnozu, konservasiya və bərpa texnologiyaları-təmizləmə, bərkitmə, hidrofobiya, yerdəyişməsi.


Eləcə də:

•uzaqdan nəzarət üçün kəşfiyyat multi-sensor sistemi
• Qeyri dağıdıcı və portativ texnika
• Robotika
• Rəqəmsal sənədlər və bərpa işi
• Nanotexnologiya
• illuminasiya
• ölçmə və data sistemləri: diaqnostika, qiymətləndirilmə və monitorinq üsulları

DİGƏR MÖVZULAR:

-Mədəni irsin sosial-mədəni faydaları / mədəni irsə təsirlər
-Mədəni irsin yayılması
-Riskli mədəni irs: silahlı münaqişələr, terror hücumları, yanğınlar, təbii fəlakətlər, iqlim dəyişikliyi
-Mədəni irs, turizm və iqtisadiyyat
-Mədəni irs marşrutları
- Mədəni irs və Təhsil

Son qeydiyyat tarixi 30 iyun 2016
YOCOCU üzvü olan tələbə yaxud işləməyən gənclər -20 avro
Tələbə yaxud işsiz gənclər-30 avro
YOCOCU üzvü (işi olan)-65 avro
İşləyən gənclər-80 avro
Digər iştirakçılar-150 avro

Qeyd: Tələbə yaxud işsiz gənclər statuslarını təsdiq edən sənəd təqdim etməlidirlər.
35 yaşınadək olan gənclər müraciət edə bilər (şəxsiyyət vəsiqəsi yaxud passport nüsxəsini təqdim etməlidirlər)


Qeydiyyat xərcinə daxildir: konfransda iştirak, çıxış məruzə yaxud poster, tezislər kitabı, sertifikat, kofe breyk, Reina Sofia Museum muzeyinə giriş (21-24 sentyabr tarixləri), konfrans dan kənar tədbirlərdə iştirak.
YOCOCU 2016 üçün onlayn şəkildə Reina Sofia Muzeyinin internet səhifəsindən Qeydiyyatdan keçmək mümkün olacaq. Yalnız bank transfer sənədi olduqdan sonra qeydiyyatdan keçiləcəkdir (http://www.museoreinasofia.es/content/form-yococu-2016)

QEYDİYYATDA GÜZƏŞT ƏLDƏ ETMƏK İSTƏYİRSİNİZSƏ, YOCOCU ASSOSİYASİYASININ ÖLKƏLƏR ÜZRƏ TƏŞKİLATINA ÜZV OLA BİLƏRSİNİZ.

Qeydiyyatdan keçə bilərsiniz! YOCOCU Azərbaycan, Belçika, Xorvatiya, Almaniya, İtaliya, İspaniya və Türkiyə təşkilatından qeydiyyatdan keçmək mümkündür (http://www.yococu.com/registration/)


• Tezis üçün son müraciət (1 səh.): 30 aprel 2016

• Tezislər üçün nümunə saytda verilmişdir və tezisləri (mövzu yerində yazın: YOCOCU 2016 abstract) bu emailə göndərin:



yococu2016@yococu2016.com
espanayococu@gmail.com

 

Konfransın dili ingilis dilidir.

Daha ətraflı məlumat üçün http://www.yococu2016.com/

 

Oxunub : 7194