"QAFQAZ İSLAM ORDUSU -
BAKI YOLLARINDA" TURU
12-13 Sentyabr (1 gecə - 2 günlik)
"QAFQAZ İSLAM ORDUSU - BAKI YOLLARINDA" mədəni irs turu ordunun qərargahlarının olduğu yerləri əhatə edəcək:
Mədəni İrs Turu Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 98 illiyinə həsr olunacaqdır.
Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələr Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilmişdir.
İkigünlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu ilə hərəkət edəcəklər.
İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
Turun proqramı
1-ci gün
06:30- Bakı-Gəncə yolu istiqamətində hərəkət
Gəncədə qarşılanma
Nahar yeməyi
Gəncə şəhəri o zamankı Avropa otelinin yerləşdiyi yer;
Gəncə şəhəri körpü tərəf;
Gəncə şəhəri Bağlar məhəlləsi;
Göyçay qəsəbəsi Sadıq ağa və qardaşı Həzrət bəyin evi;
Ağsudakı Bilal əfəndi məscidi;
Ağsu Arxeoloji Turizm kompleksində qarşılanma və kompleksdə yerləşmə
Axşam yeməyi
Asudə vaxt
2-ci gün
08:30 - Səhər yeməyi
09:00 - Bakı istiqmətində hərəkət
Yolüstü Şamaxıda Şərədil kəndi
Mərəzədə nahar yeməyi
Bakıda Hökməli kəndi;
Qobu kəndi;
Güzdək kəndi;
Şəhidlər xiyabanı.
Qiyməti 70 AZN
Qiymətə daxildir:
Gecələmə (Ağsu Arxeoloji turizm kompleksi)
Nəqliyyat xidməti (komfortlu avtobus)
Qidalanma:
Səhər yeməyi (1 dəfə)
Nahar yeməyi (2 dəfə)
Şam yeməyi (1 dəfə)
Qeydiyyatdan Keçmək və ya Ətraflı İnformasiya Əldə Etmək Üçün Bizimlə Əlaqə Saxlıyın
Tel: 012 408 92 25
✆ mob: 0508764043
Whatsapp: 0508764043
email: miraspresscenter@gmail.com |