V Beynəlxalq
Mədəni İrs, İqtisadiyyat, Turizm və Media
Konfransı
“Ohrid-Vodici, 2017”
17-19 yanvar 2017
Ohrid, Makedoniya
KONFRANSIN TƏŞKİLATÇILARI
Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə)
Evro-Balkan Universiteti (Skopye, Makedoniya)
KONFRANS MÖVZULARI
Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya və qaçqınlar və s. mövzularını əhatə etməlidir.
TARİXLƏR
Tezis üçün son müraciət: 14 dekabr 2016
Tezislərin qəbulu haqda bildiriş: 21 dekabr 2016
Qeydiyyat: 9 yanvar 2017
Konfrans: 17-19 yanvar 2017-ci il
MƏQALƏLƏRİN TƏQDİM OLUNMASI VƏ POSTERLƏR
Konfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 14 dekabr 2016-ci il tarixinədək conference@iscanthro.org emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 21 dekabrda göndəriləcəkdir.
Məqalədə 300 sözdən ibarət olan ingilis dilində tezis olmalıdır.
Poster 500 sözlük tezisdən ibarət olmalıdır.
Məqalə müəllifinin adı və elmi dərəcəsi göstərilməlidir.
Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
Posterlə iştirak edəcək şəxslər ingilis dilində 1 səhifəlik yazısını 50X75 ölçüsündə poster şəklində hazırlatmalıdır.
- Simpozium çərçivəsində “Türk İncəsənət Sərgisi” açılacaqdır. Sərgidə bir sənət əsəri ilə iştirak etmək mümkündür.
KONFRANSIN DİLİ
Konfrans iki dildə, Makedon və ingilis dillərində keçiriləcək. Türk və alban dillərində də çıxışlar mümkündür. Lakin bu zaman iştirakçı özü ingilis dilində tərcüməni təmin etməlidir.
SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş tezislər kitabça şəklində nəşr olunacaq.
KEÇİRİLƏCƏK YER
Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək (dəqiq yer haqqında məlumat ən qısa zamanda veriləcək).
KONFRANS TARİXLƏRİ
Konfrans 17-19 yanvar 2017-ci il tarixlərində keçiriləcək.
17 yanvar tarixində 4-cü “Mədəni İrs, Turizm və Media” Konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
QEYDİYYAT
İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
1) 130 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
2) 60 avro güzəştli qeydiyyat haqqı
Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı
YERLƏŞMƏ
İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.
UÇUŞ
İştirakçılar öz uçuş biletlərini ödəyəcəkdir.
KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http://iscanthro.org/conference
www.euba.edu.mk
http://miras.az
Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.
ƏLAQƏ
Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu
Skopye, Makedoniya
e-mail: conference@iscanthro.org
Dr. Rubin Zemon – Proqram rəhbəri
rubin.zemon@iscanthro.org
Dr. Samoil Malcheski– Təşkilat Komitəsinin sədri
samoil.malcheski@iscanthro.org
Türkiyə:
conference.macedonia@gmail.com (Ahmet Aytaç)
Azərbaycan:
miraspresscenter@gmail.com |