AZE ENG
Facebook
Twitter Google Myspace
Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu
3-1-2018

 Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu


Modern Virtual Reallıqda Mədəni İrs və Turizm



1-2 fevral 2018

Bakı, Azərbaycan
 
 
 
Forumun əsas mövzusu rəqəmsal sistemlərin verdiyi imkanlardan yararlanmaqla mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğində yeni ideyalar irəli sürməkdir. 
 
Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, riyazi texnologiyanın tətbiqi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
 
Bunun üçün:
 
- müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, həmin ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinə dəstək olmaq;
 
- bugünkü müasir riyazi sistemi mədəni irs və turizmə tətbiq etməklə onlardan istifadə imkanlarını genişləndirmək;
 
- gənclərin araşdırma, qoruma və təbliğatdakı rolunu üzə çıxarmaq;
 
- müxtəlif ölkələrin mədəniyyət və turizmini, adət və ənənələrinin öyrənilməsinə çalışmaq;
 
- dünyanın müxtəlif ölkələrindən olan gənclərə ölkəmizin adət-ənənələrini, zəngin tarixini, mədəniyyət və turizmini təbliğ etmək;
 
- dünyaya sülh və birlik mesajı vermək;
 
- gənclərin ideya və təşəbbüslərini dinləyib, təşəbbüslər əsasında Bəyannamə qəbul etmək nəzərdə tutulur.
 
Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar.
 
Aşağıdakı mövzularda tezislər qəbul olunur.
 
1. Mədəni irs və informasiya texnologiyaları;
 
2. Sosial media və turizm marketinqi;
 
3. Yaşıl konservasiya.
 
Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər. Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində rəqəmsal sistemi tətbiq etməklə yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərən zamanaşağıdakıları nəzərə alın:
 
1. Xülasələr Azərbaycan, yaxud ingilis dilində yazılmalıdır.
 
2. Xülasələr yığcam (maksimum 300 işarə) olmaqla, əsas məqsəd və nəticələri əhatə etməlidir. Forum üçün işlər seçilərkən əsas meyar kimi işin keyfiyyəti, orijinallığı, hərtərəfliliyi nəzərə alınacaq. Xülasə aşağıdakılardan ibarət olmalıdır: 
 
a. xülasənin məzmununu göstərən başlıq;
 
b. məqsədləri göstərən giriş cümlə;
 
c. müvafiq təcrübə proseslərinin qısa təsviri;
 
d. yeni və dərc olunmamış məlumat xülasəsi;
 
e. nəticə.
 
Xülasədəki hər bir fikrə görə, eləcə də yazı, qrammatika və ya elmi faktlarda yol verilmiş səhvlərə görə müəlliflər məsuliyyət daşıyırlar. Xülasə göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır. Forumda məruzəçi və iştirakçılara sertifikatlar təqdim olunacaq.
 
Qeydiyyat xərci: 30 AZN
 
Qeydiyyata nəşrlər, iki nahar yeməyi, çay süfrəsi, 2-ci gün Şamaxı-Ağsu gəzintisi daxildir.
 
Qeydiyyat xərci ödəməyənlər Forumda sadəcə dinləyici kimi iştirak edə bilərlər. 
 
Müraciətlər üçün son tarix: 15 yanvar 2018-ci il
 
Qəbul olunan xülasələrin siyahısı 25 yanvara kimi açıqlanacaq.
 
E-mail: miraspresscenter@gmail.com
 
İnternet səhifəsi: www.miras.az
Oxunub : 3659