AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS beynəlxalq seminarda təmsil olunur
22-5-2013

“Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin Bərpa və Konservasiya şöbəsinin rəhbəri Uğur Qiyasi Monitorinq və İnstitusional İnkişaf Ofisi (RMCBU) Şərq Tərəfdarlığı “Mədəniyyət” proqramı çərçivəsində seminarlarda iştirak etmək üçün dəvət alıb. Seminarlar regional islahatları təşviq etmək, mədəni siyasətlər və strategiyaların hazırlanması və qiymətləndirilməsini müzakirə etmək və mədəni siyasət sahəsində təcrübə mübadiləsi məqsədi ilə 2013-2014-cü illər ərzində müxtəlif şəhərlərdə keçirilir. Bu seminarların hədəf qrupları dövlət orqanları, dövlət və özəl mədəniyyət müəssisləri və Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin təmsilçiləridir. Bu əməkdaşlıq çərçivəsində 2013-cü ildə 3 seminar keçirilməsi nəzərdə tutulur. Onlardan birincisi artıq aprelin 17-21-də Kişinyov şəhərində (Moldova) keçirilib. Növbəti seminarların Gürcüstan və Ukraynada keçirilməsi planlaşdırılır.
Seminarlarda iştirak edən “Azərbərpa” Elmi-Tədqiqat Layihə Institutunun aparıcı memarı və “Miras” İB-nin Bərpa və Konservasiya şöbəsinin rəhbəri Uğur Qiyasinin qazandığı təcrübəni bölüşmək üçün birlik yerli seminarlar təşkil etməyi planlaşdırır.

Oxunub : 3210