Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu
və
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Təşkilati dəstək:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi
Ağsu rayonu İcra Hakimiyyəti
AMEA Folklor İnstitutu
AzGranata MMC
Allprint MMC
III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI
PRESS-RELİZ və PROQRAM
19-21 mart 2018
Gəgəli-Ağsu, Azərbaycan
Türk dünyasının tarixi obalarından biri Axtaçı obasıdır. Başqırd əsilli Türkiyə tarixçisi Əhməd Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Mənbələrdə “Axtaçı” adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar türk-monqol dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi orta əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi-ət-Təvarix” əsərində görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad “Axtaçı” ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir. Lakin axtaçılar tədricən obalar şəklində fəaliyyət göstərmiş, indiyə qədər monqol qarışığı müsəlman türk obaları kimi gəlmişlər. Yarımköçəri, tərəkəmə həyat tərzi keçirən axtaçılar Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Ukrayna kimi dövlətlərin ərazisinə yayılmışlar. Həmin dövlətlərin türk toplumunun inkişafı və millətlərin formalaşmasında iştirak etmişlər.
Azərbaycanda tarixi Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun ən böyük kəndi Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu əski tərəkəmə obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli kəndində hər il olduğu kimi axır çərşənbə günlərində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalını keçirməyi planlaşdırır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində yeni yaradılmış Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu festivala təşkilati dəstək göstərir.
Festival 2 gecə 3 gün ərzində baş tutur. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olur. Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur.
19-21 mart 2018-ci il tarixində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək III Folklor Festivalının proqramını Sizə göndərir, festivalda iştirakınızı gəgəlilər və folklorsevərlər ürəkdən arzulayır. Göstərəcəyiniz diqqət və dəstəyə görə bir daha öncədən minnətdarlıq edirik.
PROQRAM
19 mart 2018-ci il
11.00-13.00 Qeydiyyat
11.00-13.00 Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün ustad dərsləri:
AMEA-nın müxbir üzvü Vəli Əliyev
Prof.Dr. Kübra Əliyeva
Prof.Dr. Minəxanım Nuriyeva-Təkləli
13.00-14.00 Nahar fasiləsi
13.00-14.00 Səyyar sərgilərə baxış
14.00-15.00 Açılış, salamlama nitqləri
Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri - Rəşad Əliyev
AMEA Folklor İnstitutunun şöbə müdiri - Afaq Ramazanova
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru - Firdousi Əskərov
Gürcüstan “Dostlar üçün Gürcüstan” Asossiasiyasının prezidenti - Tamara Basilaşvili
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri - Şəhla Nəzəri Əfşar
15.00-18.00 Bədii hissə:
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev)
Ağsu Xançoban folklor ansamblı - (ansamblın rəhbəri Pərviz Osmanov)
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı - (teatrın direktoru Firdousi Əskərov)
MİRAS Musiqi qrupu - (qrupun rəhbəri Ruslan Adgözəlov)
"İncilər" milli geyimlərin nümayişi dəfiləsi (qrupun rəhbəri memar, modelyer-dizayner Laləndər Novruzova)
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel
Gürcüstan Respublikası Sameba ansamblı - (ansamblın rəhbəri Giorgi Sukhishvili)
İsmayıllı rayonu Lahıc Folklor Qrupu
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar
Ağsunun Bico kəndi (Aşıq Amil)
16.30-17.00 Çay fasiləsi
19.00 Axşam yeməyi və evlərdə yerləşmək
20 mart 2018-ci il
09.00-10.00 Səhər yeməyi
10.00-11.00 AzGranata MMC ilə tanışlıq
11.30-12.30 Orta əsr Ağsu şəhərində ekskursiya
12.30-13.30 Kompleksdə nahar
14.00-17.00 Bədii hissə:
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev)
Ağsu Xançoban folklor ansamblı - (ansamblın rəhbəri Pərviz Osmanov)
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı - (teatrın direktoru Firdousi Əskərov)
MİRAS Musiqi qrupu - (qrupun rəhbəri Ruslan Adgözəlov)
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel
Gürcüstan Respublikası İlori Uşaq Folklor qrupunun rəhbəri Mikheil Pukhashvili
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar
Türkiyə Cümhuriyyəti Qars şəhəri - Aşıq Bilal
17.00-19.00 Milli oyunlar, yarışlar
19.00-21.00 Çərşənbə tonqalından tullanma. Dağlarda şamalatma. Arzu fənərlərinin buraxılması
21.00-22.00 Oturma evlərində axşam yeməyi. Şirvan plovu
22.00-05.00 Oturma, çillə çıxarma, səhərə qədər oyaqqalma
21 mart 2018-ci il
05.00-06.00 Tərəkəmə çərşənbəsi tonqallarının qalanması, heyvanların iki od arasından keçirilməsi mərasimini izləmək
06.00-10.00 Dincəlmək, yatmaq
10.00-11.00 Səhər yeməyi
11.00 Qonaqların yola salınması
|