“TƏRƏKƏMƏ HƏYAT TƏRZİ: DÜNƏN, BU GÜN, SABAH” MÖVZUSUNDA
II BEYNƏLXALQ AĞSU SİMPOZİUMU
Prof.Dr. Kübra Əliyevaya həsr olunur.
20-21 dekabr 2019-cu il
Ağsu – Azərbaycan
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, onun Şamaxı filialı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrsini Araşdırma İnstitutunun təşkilatçılığı ilə 20-21 dekabr 2019-cu ildə “Tərəkəmə həyat tərzi: dünən, bu gün, sabah” mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçiriləcək. Bu simpoziumun əsas məqsədi bütün dünyada Tərəkəmə həyat tərzini öyrənən alimləri bir yerə toplamaq, "Tərəkəmə həyat tərzi" konsepsiyası üçün elmi əsasları formalaşdırmaqdır. Simpozium Tərəkəmə həyat tərzini öyrənən alimlərimizdən Prof.Dr. Kübra Əliyevaya həsr olunur.
Simpoziumun şərtləri: Simpozium Ağsu şəhərində AzGranata-nın konfrans zalında keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Noyabr ayının 25-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir.
Simpozium mövzuları: Tərəkəmə həyat tərzinin hermenevtik fəlsəfi açıqlamaları; tərəkəmə həyat tərzinin mənbəşünaslığı; tərəkəmə həyat tərzinin tarixşünaslığı; tərəkəmə həyat tərzi qədim dövrdə; tərəkəmə həyat tərzi orta əsrlərdə; tərəkəmə həyat tərzi yeni və müasir dövrdə; türklərin tərəkəmə həyat tərzi; xalça; alaçıq, çadır, dəyə; qışlaqlar; yaylaqlar; tərəkəmə obaları; tərəkəmə folkloru; tərəkəmə incəsənəti; tərəkəmə aşıqları; tərəkəmə yeməkləri; tərəkəmə həyat tərzi elmi konsepsiyası təklifləri.
Simpoziumun yeri: AzGranata-nın konfrans zalı / Ağsu.
Simpozium təqvimi:
Tezislərin son göndərilmə tarixi: 25 noyabr 2019
Qəbul edilən tezislərin elanı: 30 noyabr 2019
Rəsmi dəvətlərin göndərilməsi: 30 noyabr 2019
Məruzələrin tam mətninin göndərilməsi: 10 dekabr 2019
Simpozium kitabı sonradan nəşr olunacaqdır.
Simpozium proqramının elan olunması: 15 dekabr 2019
Simpozium Günləri:
1-ci gün: 20 dekabr 2019 (Qeydiyyat: 09.00-11.00)
2-ci gün: 21 dekabr 2019.
Simpoziumun Fəxri Komitəsi:
Prof.Dr. Kübra ƏLİYEVA
AMEA Memarlıq və İncəsənət İnstitutu.
Simpoziumun Elmi Komitəsi:
AMEA-nın müxbir üzvü Vəli ƏLİYEV
AMEA-nın müxbir üzvü Cəfər QİYASİ
Prof.Dr. Qafar CƏBİYEV
Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ
Prof.Dr. Vüqar MİKAYILOV
Prof.Dr. Şikar QASIMOV
Prof.Dr. Nərgiz ƏLİYEVA
Dos.Dr. Tünzalə YUSİFOVA
Dos.Dr. Mail ALICANOV
Dos.Dr. Gülnarə SƏFƏROVA
Dos.Dr. Həbibə ƏLİYEVA
Dr. Fariz XƏLİLLİ
Dr. Elşən MUSTAFAYEV
Dr. Kamran QƏDİMOV
Dr. Rəşad İBRAHİMOV
Dr. Elmira ABASOVA
Dr. Günel SEYİDƏHMƏDLİ
Şəfa MÖVSÜMLÜ
Tərxan PAŞAZADƏ
Sənan NEMƏTOV
Gürcüstan:
Elnur ƏLİYEV
Türkiyə:
Prof.Dr. Recep KARADAĞ
Dr. Metin HAKVERDIOĞLU
Dr. Afina BARMANBAY
İtaliya:
Prof.Dr. Luigi SCRINZI
Dr. Andrea MACCHIA
Rusiya:
Dr. İrina QUSAÇ
Makedoniya:
Prof.Dr. Rubin ZEMON
Prof.Dr. Zoran MATEVSKİ
Simpozium Təşkilat Komitəsi:
Təşkilat Komitəsinin həmsədrləri:
Azadə HÜSEYNOVA
Orxan QƏMBƏROV
Təşkilat Komitəsinin üzvləri:
Sabit ABDULLAYEV
Gülşən HÜSEYNOVA
Şölə BAYRAMOVA
Şəlalə SEYİDOVA
Nərgiz QARAYEVA
Aytən NAMAZOVA
Aidə MƏLİKOVA
Ruslan ADGÖZƏLOV
İlqar NOVRUZOV
Talehə ABDULLAYEVA
Ayşən ZEYNALLI
Anar HƏBİBOV
Samir ƏKBƏROV
Nuranə FEYZULLAYEVA
E-mail: miraspresscenter@gmail.com
Adres: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi
Dr. Fariz XƏLİLLİ: 00994508764043 (vatsap) |