AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS İctimai Birliyinin yeni İdarə Heyəti seçilib
17-2-2020

Fevralın 16-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir. İctimai Birliyin üzvlərinin əksəriyyətinin iştirak etdiyi iclasda əvvəlcə MİRAS İctimai Birliyi İdarə Heyətinin 2018-2019-cu illəri əhatə edən hesabatı dinlənilib. Daha sonra gizli səsvermə yolu ilə MİRAS İctimai Birliyinin yeni İdarə Heyəti seçilib. Qeyd edək ki, İdarə Heyətinə seçkilər prosesi 1 ay öncədən başlamışdı və üstqurumda təmsil olunmaq istəyən istənilən MİRAS üzvü özünün, yaxud da başqa bir üzvün namizədliyini verə bilərdi. Tam şəffaf və demokratik şəraitdə keçən seçkilərdə 13 namizəd işrtirak edirdi. Onlardan 9 nəfəri - Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Şikar Qasımov, Şəhla Xəlilli, Vüqar Quliyev, Ruslan Adgözəlov, Aidə Məlikova, Orxan Qəmbərov, Aytən Namazova və Günel Seyidəhmədli yeni İdarə Heyətinin üzvü seçiliblər. Seçkilərdə səs sayına görə sonrakı yerləri tutan 3 nəfər – Ayşən Zeynallı, Məleykə Hüseynova və Səbinə Əzizova isə Nəzarət Təftiş Komissiyasının üzvləri olublar. İdarə Heyətinin fevralın 18-də keçirilən iclasında Şəhla Xəlilli sədr, Vüqar Quliyev isə sədr müavini seçiliblər. MİRAS İctimai Birliyinin müvafiq olaraq yeddi şöbəsi və şöbə müdirləri müəyyən edilib: Mədəni irsin tədqiqi şöbəsi (şöbə müdiri: Prof.Dr. Qafar Cəbiyev), Elm və təhsil şöbəsi (şöbə müdiri: Prof.Dr. Şikar Qasımov), Sərgi, bərpa və konservasiya şöbəsi (şöbə müdiri: Dos.Dr. Günel Seyidəhmədli), Beynəlxalq əlaqələr şöbəsi (şöbə müdiri: Aidə Məlikova), Mədəni-kütləvi tədbirlər şöbəsi (şöbə müdiri: Ruslan Adgözəlov), İnformasiya texnologiyaları və ictimai əlaqələr şöbəsi (şöbə müdiri: Orxan Qəmbərov), Uşaq və gənclərlə iş şöbəsi (şöbə müdiri: Aytən Namazova).

 

Oxunub : 3707