Elmi seminarda Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Alban məbədlərindən - “Darvaz məbədi”, “Katex məbədi”, “Kürmük məbədi”, “Tülü məbədi”, “Nur kilsəsi” və s. onlarla Alban məbədinin indiki vəziyyəti və bu abidələrin Azərbaycan mədəniyyətinin formalaşmasında oynadığı mühüm roldan, eləcə də Qafqaz Albaniyası əhalisinin arxeoloji qazıntılar zamanı aşkar olunmuş insan sümüklərinə əsasən antropoloji quruluşunun öyrənilməsindən bəhs olunacaq.
Məruzəçilər: AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aspirantı, Antropologiya Mərkəzinin elmi işçisi Vüsal Həsənovdur.
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 83079339069 |