AZE ENG
Facebook
Twitter Google Myspace
Müasir mühitdə dini abidələrin təyinat statusu: təcrübə və perspektivlər
1-9-2020

Bəşər tarixinin ən qədim maddi və mənəvi təcrübəsi inanc sisteminin və ibadət institutunun yaranması və formalaşması ilə bağlıdır. Dini təyinatlı, sakral mahiyyətli abidələrin strukturu və təyinatı eyni olsada, fərqli mədəniyyətlərdə və tarixi mərhələlərdə konfessiyaların nəzəri və praktiki təlimlərinə əsasən müxtəlif memarlıq tikililəri formalaşmışdır. Onların memarlığın əsas üç prinsipi ilə (funksionallıq, konstruktivlik və estetika) yanaşı xüsusi statusa malik olmasıdır. Uzun müddət dini abidələr sakral məkan olaraq qorunurdu, bəzi hallarda isə onların maddi əhəmiyyəti və imkanları, toxunmamazlığı mövcud olduğu çəmiyyətin nufuzunun göstərici idi. Eyni zamanda ümümdünya təcrübəsində mədəni irs kontekstinin formalaşmasında məhz dini abidələrin qorunması aparıcı istiqamət olmuşdur. Əsrlər boyu ən dəyərli artefaktlar fərqli icmalar tərəfindən məscidlərdə, kilsələrdə, ehramlarda qorunurdu. Qədim dövr və Orta əsrlərdə həm Şərqdə, hən də Qərbdə dini komplekslərin siyasi qüvvəsi qeyd olunanların təsdiqidir. XX əsr boyu totalitar sistemlərdə dinə qarşı formalaşan münasibət abidələrin dağılmasına, digər tərəfdən isə sekyuralizasiya proseslərinə təkan vermişdir. Müasir mərhələdə ibadət abidələri və onlara münasibət ciddi transformasiyalar yaşayır. Postmodernizm mühiti abidələrin hüquqi statusu ilə yanaşı, onların nüfuzunun, əvvəlki təcrübəsinin əhəmiyyətini eklektik tərzdə istifadə etməyə meyillidir.

MİRASın bu aktual mövzuya müraciəti son illər aktiv müzakirə olunan dini abidələrin hüquqi statusu, istismarı, muzeyləşdirilməsi, və əksinə, yeni dini məkana cevrilməsi ilə bağlıdır. Mühazirəçimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakultəsinin dekanı Dr. Sevil Kərimovadır. Moderator Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin müdiri Dr. Günel Seyidəhmədlidir.
Link: https://us02web.zoom.us/meeting/87438201766
Oxunub : 3173