Çoxtərəfli tərəfdaşlıqlara əsaslanan transmilli əməkdaşlıq layihələrinin nümunəsi olaraq “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişafı, EQAC” adlı Ali təhsil sahəsində potensialın gücləndirilməsi (CBHE) layihəsinin benefisiarı seçilib.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İtaliyanın Degli Studi Gabriele D'annunzio Di Chieti-Pescaranın təşəbbüsü olan “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” adlı layihəyə tərəfdaş ölkə QHT-si kimi müraciət edib və müsabiqədə uğur qazanıb.
Layihə çərçivəsində “Miras” İctimai Birliyi ilə yanaşı Xəzər Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti, eləcə də Rusiya və Qazaxıstan ali təhsil müəssisələri İtaliya, Polşa və Litvanın universitet və qurumlarının təcrübəsindən yararlanacaqlar.
Layihənin məqsədi yeni öyrənmə vasitəsi olan Açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunmasından ibarətdir.
Məlum olduğu kimi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində peşəkar insanları və könüllü gənc mütəxəssisləri birləşdirən yerli və beynəlxalq təcrübəyə malik qeyri-hökumət təşkilatıdır.
“Miras” İctimai Birliyi 2010-cu ildən dövlət qeydiyyatına alınıb və çoxsaylı layihələr həyata keçirib. Arxeoloji turizm nəinki yerli, həm də beynəlxalq səviyyədə layihələrindən olub. İnklüziv turizmlə bağlı araşdırmalarla yanaşı, detallı memarlıq layihələri də hazırlayıb. Folklor turizmində isə “Tərəkəmə Çərşənbəsi Folklor Festivalı” mühüm mədəni irs turizmi layihəsidir. Turizm marşurutları sahəsində də maraqlı addımlar atıb.
|