MÖVZULAR
Ekoloji tədqiqatlar, mədəni irs, siyasi elmlər, iqtisadiyyat, turizm, media, memarlıq, muzeyşünaslıq, arxivçilik, audio-vizual sənətlər, informasiya elmləri/texnologiyaları, arxeologiya, antropologiya/ etnologiya, incəsənət tarixi, coğrafiya, sosiologiya, psixologiya və bütün əlaqədar sahələr üzrə alimlər, fəlsəfə doktorları, magistr tələbələri, tədqiqatçılar və praktikantlar bu konfransda sahəsinə aid hər hansı bir mövzuda məqalə ilə çıxış etməyə dəvət olunur. Məqalələr əsasən ətraf mühitin və mədəni irsin mühafizəsi və idarə olunması, davamlı inkişaf, təşviq, turizmin inkişafı və s. ilə bağlı geniş miqyaslı məsələləri əks etdirə bilər.
Müraciət üçün son tarix: 17 dekabr 2021
Qəbul haqqında bildiriş: 24 dekabr 2021-ci il
Qeydiyyat: 9 yanvar 2022
Konfrans tarixi: 17-19 yanvar 2022
MƏQALƏLƏR və ya POSTERLƏRİN TƏQDİMATI
Konfrans fərdi məruzələr üçün təqdimatlara açıqdır. Məruzə və posterlər üçün tezislər 17 dekabr 2021-ci il tarixinədək conference.vodici2022@gmail.com elektron poçtuna göndərilməlidir. Proqram Komitəsinin qiymətləndirməsindən sonra qəbul edilmiş məqalələr haqda 24 dekabr 2021-ci il tarixinədək e-mail vasitəsilə bildiriləcəkdir. Müraciətlər aşağıdakı qaydada yazılmalıdır:
• Məruzə və ya posterin adı
Əsas arqument və nəticələr daxil olmaqla fərdi məqalələr üçün 300 sözdən çox olmayan xülasə (yalnız ingilis dilində)
• Poster üçün maksimum 500 sözlük xülasə (yalnız ingilis dilində)
• Məqalə müəllifinin adı və elmi dərəcəsi
• Məqalənin müəllif(lər)inin qısa tərcümeyi-halı (bir paraqrafdan ibarət)
• Məqalənin müəllif(lər)inin e-mail, telefon nömrələri
• Posterin ölçüsü 50x75 sm olmalıdır
KONFRANSIN DİLİ
Konfransın dili həm Makedon, həm də ingilis dilidir.
SERTİFİKAT
Konfransın sonunda qeydiyyatdan keçmiş bütün iştirakçılara iştirak haqda sertifikat təqdim ediləcək.
KONFRANS KİTABI
Konfransa qəbul edilmiş bütün tezislər konfrans kitabında nəşr olunacaqdır.
MƏKAN
Konfrans Şimali Makedoniya Respublikasının Ohrid şəhərində keçiriləcək. Dəqiq yer barədə daha sonra məlumat veriləcək.
TƏQVİM
Konfrans 17 yanvar 2022-ci ildə baş tutacaq və 19 yanvar 2022-ci ildə başa çatacaq.
17 yanvar 2022-ci il tarixində IX Vodiçi-Ohrid 2021 "Pandemiya şəraitində mədəni irs, ətraf mühit, elmi tədqiqat və turizm" Konfransının məqalələr kitabının təbliği və yayılması həyata keçiriləcək.
QEYDİYYAT
Konfransda 3 ödəniş növü var:
1. Standart ödəniş növü- 130 EUR
Standart ödəniş növünə daxildir: 2 gecəlik qalma (yataq və səhər yeməyi), qeydiyyat, konfrans materialları (xülasə kitabı), açılış tədbiri, nahar və şam yeməyi, qəlyanaltılar, konfrans materiallarının kitabı
2. Güzəştli ödəniş növü- 60 Avro
Güzəşli ödəniş növünə daxildir: Qeydiyyat, konfrans materialları (xülasə kitabı), açılış tədbiri, qəlyanaltılar və konfrans materiallarının kitabı.
3. Onlayn iştirak ödənişi- 20 avro
Bu ilki Pandemiya şəraiti ilə əlaqədar olaraq, konfrans həmçinin İnternet platformaları (xülasə kitabı, onlayn keçid və konfrans materialları kitabı) vasitəsilə təşkil olunacaq.
YERLƏŞMƏ
Qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaqdır. Standart qeydiyyat haqqını seçən iştirakçıların qalma xərcini təşkilat komitəsi təşkil edəcək və ödənişləri qarşılayacaq. İştirakçılara tezislər qəbul edildikdən sonra qalma haqqında ətraflı məlumat veriləcək.
SƏYAHƏT
İştirakçıların yol xərcləri özlərinə aiddir.
ƏLAQƏ
contact@car.org.mk
icanth@gmail.com
Simona Madzevic M.A.
Mobil/viber + 38971277720
KONFRANS PROQRAM KOMİTƏSİ
Rubin Zemon, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya
Fariz Xəlilli, tarix üzrə fəlsəfə doktoru, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Bakı, Azərbaycan
Ferenc Miszlivetz, fəlsəfə doktoru, Qabaqcıl Araşdırmalar İnstitutu, Koszeq, Macarıstan
Andrey Qoroxov, baş redaktor, Rusiya Politologiyası, Moskva, Rusiya Federasiyası
Ahmet Aytaç, Aydın Adnan Menderes Universiteti, İzmir, Türkiyə
Georgi Nikolov, fəlsəfə doktoru, Milli və Dünya İqtisadiyyatı Universiteti, Sofiya, Bolqarıstan
Tatjana Dragicevic – Radiçeviç, fəlsəfə doktoru, Universitet Biznes Akademiyası, Novi Sad, Serbiya
Hristo Petrevski, fəlsəfə doktoru, Elm, Alternativ, Mədəniyyət və İncəsənət İnstitutu, Skopye, Şimali Makedoniya
Kubilay Akman, fəlsəfə doktoru, Uşak Universiteti, Türkiyə
Luici Santacroce, fəlsəfə doktoru, Aldo Moro Universiteti, Bari, İtaliya
Liljana Poposka, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya
Meli Şopi, fəlsəfə doktoru, Elbasan Universiteti, Elbasan, Albaniya
Dejan Metodijeski, fəlsəfə doktoru, Goce Delchev Universiteti, Stip, Skopye, Şimali Makedoniya
Marijana Secibovic, fəlsəfə doktoru, VSTIM Kolleci, Konjic, Bosniya və Herseqovina
Jasminka Simic, fəlsəfə doktoru, Serbiya Radio-Televiziyasının baş redaktoru, Belqrad, Serbiya
Nadzyea Cherepan, fəlsəfə doktoru, Avropa Humanitar Elmlər Universiteti, Vilnüs, Litva
Zoran R. Vitorovic, fəlsəfə doktoru, Qlobal Proseslər Jurnalı, baş redaktor, Mayami, ABŞ
Temelko Ristevski, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya
Gjorgji Tonovski, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya
Emil Gjorgov, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya
Təşkilat Komitəsi
Aleksandar Manasieski, fəlsəfə doktoru
Ljupco Janevski, fəlsəfə doktoru
Simona Madzevic, magistrant
Verica Dzijanovska
Marina Vrvcoska, magistrant |