Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin Heydər Əliyev ilinə həsr olunmuş “Qafqaz Albaniyası tarixinin aktual problemleri” mövzusunda I Beynəlxalq Simpoziumun Təşkilat komitəsi aidiyyatı rəsmi dairələrin və simpoziumun təşkilatçıları sırasında olmaq istəyində olan tərəfdaşların təkliflərini nəzərə alaraq I Beynəlxalq Albanşünaslıq Simpoziumunun 2023-cü ilin oktyabrında deyil, 2024-cü ilin may ayında keçirilməsinə qərar vermişdir.
Simpoziumun keçrilmə yeri və dəqiq tarixi barədə əlavə məlumat veriləcəkdir.
Simpoziumun Təşkilat Komitəsi |