AZE ENG
Facebook
Twitter Google Myspace
"Ilm-Learn" Beynəlxalq Təhsil Mərkəzində (BTM) elmi konfrans
8-1-2024

06 yanvar 2024-cü ildə "Ilm-Learn" Beynəlxalq Təhsil Mərkəzində (BTM) elmi konfrans keçirilib. APA xəbər verir ki, konfransı giriş sözü ilə Mərkəzin direktor müavini Ruhiyyə Əliyeva açaraq Azərbaycanda elmin inkişafı üçün atılmış addımlardan danışıb. Bildirib ki, əsrlər boyu Azərbaycan alimləri elmin müxtəlif sahələrində etdikləri kəşflərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə töhfələr veriblər.

"Ilm-Lear" Beynəlxalq Təhsil Mərkəzi Elm və Təhsil Nazirliyinin rəsmi lisenziyalı əlavə təhsil müəssisəsidir. Mərkəz 10 minlərlə müəllimə təlim keçərək Elm və Təhsil Nazirliyinin xüsusi təşəkkürünə layiq görülmüşdür.
 
“ILM-Learn” BTM eyni zamanda Türkiyənin Milli Təhsli Nazirliyi ilə rəsmi tərəfdaşdır. Mərkəzimiz həmçinin Türkiyənin ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər üçün onlayn TYS imtahan və sınaq mərkəzidir. Yeganə təhsil mərkəzi kimi biz Türkiyə universitetlərinə qəbul olmaq istəyənlərə TYS imtahanını xüsusi tarix gözləmədən istənilən gün və saatda verə bilmələrinə imkan yaradırıq. Eyni zamanda Türkiyənin Milli Təhsli Nazirliyində təşkil olunan onlayn TYS sınaqlarlarda iştirak edə bilərlər. "Ilm-Lear" Beynəlxalq Təhsil Mərkəzində “online” şəkildə Böyük Britaniyanın tam orta təhsil proqramı olan "A-level" proqramı Britaniyanın aparıcı kolleclərinin müəllim heyəti tərəfindən tədris edilir.
 
Bu proqram IB proqramından fərqli olaraq şagirdləri əlavə yüklənmədən, yalnız seçdikləri ixtisaslara uyğun fənləri öyrənməyə imkan verir.
Nəticədə abiturientlər heç bir “foundation” oxumadan və başqa imtahan vermədən birbaşa seçdikləri top universitetlərin I kursuna qəbul olmaq imkanı qazanmış olurlar.
 
Mərkəzimizdə müxtəlif dillər üzrə dərslər keçirilir. Yaxın vaxtlarda Bakının müxtəlif yerlərində mərkəzin bir neçə filiallarının açılması nəzərdə tutulur" - deyə o bildirib.
 
Tədbirdə çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, ərəbşünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Mahir Həmidov ölkəmizin Şərq-Qərb mədəni qovşağında yerləşdiyi üçün həm Şərqdə, həm də Qərbdə baş vermiş fəlsəfi cərəyanlarının təsdirinin böyük olduğunu qeyd edib. Alim XX əsrin əvvəllərində ərəb dünyasında baş verən inkişafdan, ərəb məhcər (mühacirət) ədəbiyyatından bəhs edib.
 
O vurğulayəb ki, ərəb məhcər ədəbiyyatına ən böyük töhfə vermiş şair, filosoflardan biri əslən livanlı olan, Çar Rusiyasında təhsilini davam etdirən və daha sonra ABŞ-yə hicrət etmiş Mixail Nuaymə olub. Onun ruh barədə fəlsəfi fikirləri həm şərq, həm də qərb filosoflarının diqqətini cəlb edib.
 
"Varlığın birliyinin ideyasına inanmış şair həm sufilərlə, həm də mistik cərəyanlarla təxminən eyni qiraətləri paylaşır. Şair özünü başqa varlıqlardan ayrı görmür, həyatının digər canlılarla əlaqəli olduğuna, bu aləm içərisində vəhdətin mövcudluğuna, bütün yaradılmışların bir tam, bütünlük təşkil etdiyinə inanır" - deyə o qeyd edib.
 
Daha sonra digər qonaqlar çıxış edib, öz sahələri üzrə iştirakçıları məlumatlandırıblar.
 
Odlar Yurdu Universitetində "Turizm işinin təşkili" ixtisası üzrə koordinator, baş müəllim, AMEA Coğrafiya İnstitutunun dissertantı, Elxan Əliyev "Dayanıqlı Turizmin İnkişafına təsir edən amillər", Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, MİRAS Mədəni İrsin Öyrənilməsinə kömək İctimai Birliyi İdarə Heyətinin sədri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Tərəkəmə həyat tərzi və ətraf mühit", AMEA Şərqşünaslıq İnstitutunun alimi, filologiya üzrə fəlsəfə doktoru, Mahir Həmidov "Ərəb məhcər poeziyasında fəlsəfi motivlər", "GLOLYNX Azərbaycan"MMC-nin Əməliyyatlar üzrə meneceri Qabil Rzayev "Məhsuldarlığı azalan neft quyularında hasilatın artırılması tədbirləri", Xəzər Universiteti Ətraf mühitin tədqiqi mərkəzinin direktoru, su ehtiyatları və hidrologiya üzrə doktor Rövşən Abbasov "Xəzər dənizi üçün inkişaf ssenariləri",ARTİ-də təlimçi və mentor, 56 saylı məktəbin direktoru Könül Hüseynova "Kurrikuluma yeni yanaşma", Psixoloq, biznes kouç, “Soft Skills” üzrə təlimçi Zümrüd Əsədova "Daxili motivasiya", Ruhiyə Əliyeva: “eTwinning” layihəsinin Azərbaycan üzrə səfiri Ofelya Qafarova "Layihə əsaslı öyrənmə", Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisi, ADA Universitetinin müəllimi İnqilab Şahbazov "TOP Universitetlər motivasiya məktubunda nə görmək istəyir?" mövzusunda çıxış ediblər.
Oxunub : 46260