AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin Zərgərpalan hamamı arxeoloji ekspedisiyası
2-12-2024

PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 29 noyabr 2024-cü il tarixində Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin müəllim və tələbələrindən ibarət 15 nəfərlik heyət üçün Bakı şəhərində yerləşən Zərgərpalan hamamında aparılan tədqiqat sahəsinə arxeoloji ekspedisiya təşkil edilmişdir. Ekspedisiya zamanı iştirakçılara ilk öncə hamam üzrə ekskursiya keçirilmiş, hamamın tarixi, tikildiyi memarlıq üsubu, illər boyu keçdiyi yol, orada aparılan işlər, ortaya çıxan nəticələr və əldə olunan tapıntılar barədə geniş məlumat verilmişdir. Daha sonra iştirakçılara hamamın konservasiyası üzrə işlərin necə aparıldığı, konservasiya zamanı istifadə olunan materiallar, onların növləri və tərkibi, hazırlanma  və istifadə qaydaları, arxeoloji abidələrin konservasiya və bərpası zamanı əməl edilməsi vacib olan nüanslar və s. əhatə edən təlim keçirilmişdir. Ekspedisiyanın üçüncü hissəsində iştirakçılar əldə etdikləri biliklər əsasında və tədqiqat sahəsində çalışan mütəxəssislərin nəzarəti altında abidənin konservasiyasın iştirak etmiş və konservasiya prosesinin mərhələlərini şəxsən təcrübə etmişlər. 

 

Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2021-ci ildən etibarən Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Təd birlərin proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır.

 

 

 

Oxunub : 164