Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il mayın 15-22-də Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu keçirib. İB sədri Fariz Xəlillinin sözlərinə görə, tədbirdə məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, ölkədə rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır.
Bu məqsədlə Bakıdan Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olmaqdan ötrü bir qrup gənc rəssam gəlib. Bugün onlar Ağsu şəhər məktəblərinin 20-ə yaxın şagirdi ilə ustad dərsləri keçiblər. Yeniyetmə oğlan və qızlar hamilərindən rəssamlığın bəzi sirləri ilə tanış olublar və yeni qazandıqları biliklərdən faydalanaraq, rəsmlər çəkiblər.
Simpozium zamanı 2 gün ərzində iştirakçılar Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olubları və orda gördüklərini kətan üzərinə köçürüblər. Daha sonra simpozium İsmayıllıda Qaya oteldə davam etdirilib.
Simpoziumunda Azərbaycanın gənc rəssamları Anar Hüseynzadə, Anar Qəmbərli, Aydın Əsgərov, Məmməd Rəşidov ,Vüqar Qurbanov, Fərid Mirzəyev, Fəxri Abbasov və Bəxtiyar Yusubov iştirak ediblər.
F.Xəlilli onu da bildirib ki, həm şagirdlərin, həm də paytaxt rəssamlarının simpozium müddətində hazırladığı əsərlər İB-in kolleksiyasında saxlanılacaq və gələcək layihələrdə Azərbaycanda və ölkənin hüdudlarından kənarda nümayiş olunacaq. Əsərlərin ilk olaraq 15 iyun- Qurtuluş günü münasibətilə Orta əsr Ağsu Turizm Kompleksində təşkil olunacaq sərgidə mümayiş olunması nəzrdə tutulur |