AZE ENG
Facebook
Twitter Google Myspace
I MİRAS Rəssamlıq Simpoziumu başlayır
4-5-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il mayın 9-15-də Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu keçirəcək.Simpoziumun keçirilməsində məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır.
Simpozium zamanı 2 gün ərzində iştirakçıların Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olması və orda gördüklərini kətan üzərinə köçürməsi nəzərdə tutulur. Daha sonra simpozium İsmayıllıda davam etdiriləcək. Simpoziumda iştirak edəcək rəssamların adları artıq məlumdur. Belə ki, iştirakçılar Azərbaycanın gənc rəssamları Anar Hüseynzadə, Fərid Mirzəyev, Xanlar Əsədullayev, Anar Qəmbərli, Raul Hüseynov, Aydın Əsgərov, Məmməd Rəşidov, Vüqar Qurbanov və Mahir Qafarovdur. Rəssamların simpozium müddətində hazırladıqları əsərlər MİRAS İctimai Birliyinin kolleksiyasında saxlanılacaq və gələcək layihələrdə, Azərbaycanda və ölkənin hüdudlarından kənarda nümayiş olunacaq. Simpoziumun yeni layihələrin yaranmasına vəsilə olacağı gözlənilir.

Oxunub : 3145