AZE ENG
Facebook
Twitter Google Myspace
VI Beynəlxalq İncəsənət, Mədəniyyət, Folklor, Coğrafiya və Tarix Konqresi - Linz, Avstriya
10-6-2026

Türkiyə, Avstriya, Azərbaycan, İtaliya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Albaniya, Şimali Makedoniya və digər ölkələrin universitet və elmi-tədqiqat mərkəzlərinin birgə təşkilatçılığı ilə “Elmi Diplomatiya: Avstriya-Balkan-Anadolu-Qafqaz-Türküstan” VI Beynəlxalq İncəsənət, Mədəniyyət, Folklor, Coğrafiya və Tarix Konqresi keçiriləcəkdir.

 
Konqres haqqında
Tarix: 29-30 oktyabr 2026
Məkan: Linz şəhəri, Avstriya
Həsr olunur: Prof. Dr. Zoran Vitoroviçin xatirəsinə
 
Mövzular
Aşağıdakı istiqamətlər üzrə məruzələr qəbul edilir:
Tarix
Arxeologiya
Mədəni irs
Restavrasiya və konservasiya
Antropologiya
İncəsənət və ənənəvi sənətlər
İncəsənət tarixi
Folklor və xalqşünaslıq
Din
Ədəbiyyat
Musiqi
Coğrafiya
Turizm
Təhsil elmləri
Mədəni və elmi diplomatiya və s.
Məruzələrin dili
 
Məruzələr:
İngilis,
Türk,
Alman dillərində təqdim oluna bilər.
 
Türk və alman dillərində təqdim olunan məruzələr üçün ən azı 250 sözlük ingiliscə xülasə və ingiliscə PowerPoint təqdimatı tələb olunur.
 
Mühüm tarixlər
Xülasələrin qəbulu üçün son tarix: 1 iyul 2026
Elmi qiymətləndirmənin nəticələri: 10 iyul 2026
Konqres: 29–30 oktyabr 2026
İştirak haqqı
Konqres iştirak haqqı: 35 Avro
Sərgi iştirak haqqı: 20 Avro
 
İştirak haqqına sertifikat, elektron konqres kitabı, iştirakçı nişanı və fasilə çay-kofesi daxildir.
 
Azərbaycan təmsilçiləri
 
Konqresin təşkilatçıları və elmi qurullarında Azərbaycanın bir sıra nüfuzlu elm və mədəniyyət müəssisələri təmsil olunur. O cümlədən:
 
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu,
Milli Azərbaycan Tarixi Muzeyi,
MIRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və digər qurumlar.
 
Əlaqə
E-mail: bactachf@gmail.com
 
Arxeologiya, tarix, mədəni irs, konservasiya, antropologiya və əlaqəli sahələrdə çalışan azərbaycanlı alim və tədqiqatçılar konqresdə iştirak etməyə dəvət olunurlar. Məruzələrin beynəlxalq elmi mühitdə təqdim edilməsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli imkan yaradılır.
 
 
Oxunub : 3010