WORLD VISION BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATI AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU SOSİAL HÜQUQLARIN ARAŞDIRILMASI İCTİMAİ BİRLİYİ
“Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda Elmi-praktiki konfrans
02 may 2014-cü ildə World Vision Beynəlxalq Humanitar təşkilatı, Azərbaycan Müəllimlər İnstitutu və “Sosial hüquqların araşdırılması” İctimai Birliyi tərəfindən “Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
• Məktəbəqədər təhsil pilləsində inklüziv təhsilin təşkili;
• Tam orta məktəblərdə inkluziv uşaqlarla yaranan problemlər və onların həlli yolları;
• Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili;
• Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzrə görülməli işlər;
• İnklüziv təhsilə cəlb edilmiş uşaqlarla işləyən müəllimlərin təlim-tədris metodikası;
Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirakla bağlı məlumat və tezislər elektron formada 15 aprel 2014-cü ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: conference_ati@hotmail.com (velyeva_86aynur@mail.ru)
Tezislərin göndərilməsi üçün son tarix - 15 aprel 2014-cü il
Qəbul edilən məqalələr haqqında məlumatın - verilməsi 25 aprel 2014-cü ilə qədər
Konfrans 02 may 2014-cü il tarixində saat 11.00-da Azərbaycan Müəllimlər İnstitutunun akt zalında öz işinə başlayacaqdır.
FORMA 1. Məqalənin tərtibi qaydaları:
1. Həcm: 2 səhifə, format A4, ölçü 12 şrift, Times Nev Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır..
2. Xülasə: ingilis dilində
3. Açar sözlər tezisin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2;5;8] və ya [2, 14-15] və ya [2,17; 7, 127-128].
Materialların strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, iş yeri, vəzifəsi,
e-mail ünvanı qalın şriftlə
2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə
3. Təşkilatın adı adi şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilatı məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: H.Əliyev küç., 104, Azərbaycan Müəllimlər İnstitutu, Bakı şəhəri / Azərbaycan Respublikası, ami-az@hotmail.com, telefon: 012 465 03 18, 19, 20; 012 564 80 47, 050 381 95 90. Poct ünvanı: Az 1110
E-mail: conference_ati@hotmail.com (velyeva_86aynur@mail.ru), |