Ağsu, 06-12 oktyabr 2014
Arxeoloji Sahələrin Konservasiyası, Bərpası və İdarə Olunması
Kursun Təsviri və Metodikası. Kurs əməkdaşlıq və çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulmuşdur. Kursda əsas diqqət diaqnostika və mühafizə daxil olmaqla, innovativ və ekoloji təmizlik metodlarına yetiriləcək. Kursun başlıca məqsədi iştirakçıları ilk andan istifadə olunacaq müvafiq biliklərlə təmin etmək olacaq. Buraya effektiv konservasiya metodları daxildir ki, bununla da müvafiq bərpa metodlarının praktik dərk olunması və uzunmüddətli idarəolunma strategiyaları ortaya qoyulur. İştirakçılar mühazirələr, müzakirələr, laboratoriya sessiyaları, sərgi və çöl işləri vasitəsilə konservasiya elminin fundamental nəzəriyyələrini müzakirə edəcək və texnologiya və araşdırmalarda irəliləyişlərin hansı dərəcədə olmasını araşdıracaqlar. İş yerində sahə təlimləri iştirakçılar üçün çoxşaxəli üsullar və əməkdaşlıq əsasında iş proqramından faydalanmaq imkanı yaradacaq. Kurs boyunca iştirakçılar ən effektiv konservasiya üsulundan yararlanmaq üçün müxtəlif ixtisaslarda kollektiv təcrübələrini bir araya gətirəcəklər. Məzmun və struktur cəhətdən kurs Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan aşağıdakı mövzuları və bacarıqları əhatə edəcək. Kursda hər kəs iştirak edə bilər. Lakin Azərbaycandan olan tələbələr və gənc mütəxəssislərin iştirakı daha çox arzuolunandır. Düşərgənin müəllimləri Avropa Birliyi ölkələrindən olan bərpaçılar, konservasiya və bərpa sahəsində fəaliyyət göstərən mütəxəssislər və tədqiqatçılar olacaqdır.
Üstünlük YOCOCU şəbəkəsinin üzvü olan şəxslərə veriləcək.
Yer: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm Kompleksi
Qalmaq: Düşərgə
Qeydiyyat xərci: 70 manat
Proqram
Ağsuya gəliş: Bazar günü
Bazar ertəsi
09-11 Ağsu arxeoloji sahəsi ilə tanışlıq
11-13 Arxeoloji sahələrin konservasiyası və idarə olunması: nümunələr
13-14 Nahar
14-16 Konservasiya nəzəriyyəsi və prinsiplər
16-19 Ağsu arxeoloji sahəsinin problemlərinə dair işçi qrupu və nəticələrin müzakirəsi
Çərşənbə axşamı
09-11 Bərpa prinsipləri və ilkin hazırlıq
11-13 Diaqnostika problemləri
13-14 Nahar
14-16 Praktiki iş: qazıntının spesifikası, tapıntıların qeydiyyatı, işlənməsi və s.
16-18 Tapıntıların müzakirəsi (konservasiya vəziyyəti, araşdırmalar və s.)
Çərşənbə
09-13 Çürümə mexanizmi - material və struktur. Xüsusi mövzu: daş və keramika materialları
13-14 Nahar
14-18 Praktik iş: bərpa materiallarının testdən keçirilməsi və materialların işlənib hazırlanması (məs. bərkitmə, təmizləmə)
Cümə axşamı
09-13 Analitik tədqiqat və sənədləşdirmənin qeyd metodları və analiz
13-14 Nahar
14-18 Praktik iş: materialın işlənməsi (məs. bərkitmə) və analitik araşdırma
Cümə
09-11 İnnovativ texnologiya daxil olmaqla mühafizə və profilaktik konservasiya
11-13 Mikroiqlim: mədəni irsin effekti
13-14 Nahar
14-16 Mikrolayn parametr nümunələri və interpretasiya
16-18 Praktik iş: materialın işlənməsi (məs. bərkitmə) və analitik araşdırma
Şənbə
09-12 Planlama və konservasiya tədbirlərinin seçilməsi
11-13 Mikroiqlim: mədəni irsin effekti
13-14 Nahar
14-16 Sənədləşdirmə (foto, konservasiya mikrofilmlərinin hazırlanması, məlumat yığımı)
16-18 Mikrolayn parametr nümunələri və interpretasiya
Bazar
09-11 Arxeoloji sahələrin konservasiya və inkişaf etdirilməsində çoxşaxəli komanda işi (maddi mədəniyyət nümunələri, qazıntı prosesi, bütöv sahə)
11-12 Bağlanış və yola düşmə
Müəllimlər:
Alvaro Higueras
Andrea Macchia,
Silvestro Ruffolo,
Simone Cagno
Laura Rivaroli
Pilar Rubiales
Maria Roraria
Arxeoloqlar: MİRAS
Fotoqraf: MİRAS
Tədqiqat vasitələri:
TESTƏ START (geo radar + Multi foto)
Maksimum iştirakçı sayı: 30 |