MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təsis etdiyi MİRAS mükafatı Dehli şəhərində görkəmli türk alimi Yaşar Erdemirə təqdim olunmuşdur.
Sentyabrın 20-26-da Hindistanın Dehli şəhərində MİRAS İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu Dos.Dr. Yaşar Erdemirə həsr edilmişdi.
Yaşar Erdemir Yozqatın Sorqun ilçəsi Tuzlacıq kəndində anadan olub. Onun yaşadığı kənddə məktəb olmadığından birinci və ikinci sinifdə əmisi Ferhat Erdemirin işlədiyi Qaraqız kəndində, üçüncü sinifi isə Sarıhamzalı kəndində oxumuşdur. Dördüncü və beşinci sinifləri isə doğulduğu kənddə oxumuşdur. Təhsilini davam etdirmək üçün sonradan ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. Orta təhsilini Ankara Yıldırım Bayəzid orta məktəbinin liseyində, ali təhsilini isə Ankara Universiteti Dil, tarix və coğrafiya fakültəsində almışdır. Universiteti bitirdikdən sonra Hatay Dörtyol Pilot Liseyinə göndərilmişdir. Prof.Dr. M.Oluş Arıkın elmi rəhbəri olduğu “Çukurova bölgəsindəki Türk memarlıq abidələri” adlı magistr dissertasiyasını (1978) bitirdikdən sonra Selçuk Universitetində laborant kimi işə başlamışdır. Prof.Dr. Yılmaz Öngenin elmi rəhbəri olduğu “Konya və Yörəsindəki naxışlı ahşap camilər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (1985).
Yaşar Erdemir Türkiyədə aparılmış arxeoloji qazıntı işləri, etnoqrafik tədqiqatlar və digər layihələrdə iştirak etmiş, Bolqarıstan, Yunanıstan, Rumıniya, Moldova, Krım, Ukrayna, Rusiya, Misir, Suriya, İspaniya, Azərbaycan, Bosniya, Makedoniya və digər ölkələrdə araşdırmalar aparmış, elmi konfrans və simpoziumlarda məruzələr etmişdir. Onun nəşr olunan kitabları arasında "Beyşehir Eşrefoğlu Süleyman Bey Camii və Külliyesi" (Beyşehir, 1999), "Karatay Medresesi Çini Eserleri Müzesi" (Konya, 2001, 2010), "Sırçalı Medrese Mezar Anıtları Müzesi" (Konya, 2002, 2010), "İnce Minare Taş ve Ahşap Eserler Müzesi" (Konya, 2007, 2010), "İnce Minareli Medrese" (Konya, 2007, 2010), "Konya Alâeddin Camii ve Türbeleri" (Konya, 2009, 2010) vardır.
Yaşar Erdemir hal-hazırda pedaqoji fəaliyyətlə məşğuldur. O, Türkiyə Cümhuriyyətinin Konya şəhərindəki Selçuk Universitetinin Ədəbiyyat fakültəsi Sənət tarixi kafedrasının müəllimidir. |