AZE ENG
Facebook
Twitter Google Myspace
“Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış” Konfransı
15-11-2014

  

III Beynəlxalq
“Ohrid-Vodici, 2015”

“Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış”
Konfransı

KONFRANSIN TƏŞKİLATÇILARI

Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
“ESRA” Audiovizual İncəsənət Universiteti (Skopje, Paris, Nyu York)
“HAEMUS” Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzi (Skopye, Makedoniya)

“Qədim” və ya “yeni” medianın tətbiqi antropologiya, arxeologiya, tarix, incəsənət, digər humanitar və ictimai elmlərin inkişafı prosesində mühüm vasitəyə çevrilmişdir. Rəqəmsal humanitar elmlər, rəqəmsal antropologiya və rəqəmsal arxeologiya sahəsi əksər alimlər, tədqiqatçılar, tələbələr, muzey işçiləri, proqrammistlər və 3D konstruksiyaçılarının marağına səbəb olmuşdur.
Yerli iqtisadi inkişafın məqsədi yerli ərazinin iqtisadi gələcəyini və həyati keyfiyyətini təkmilləşdirmək üçün onun iqtisadi tutumunu yaratmaqdır[N1] . Bu proses zamanı ictimai, biznes və qeyri-hökümət sektor partnyorları iqtisadi inkişaf və peşələr üçün daha yaxşı şərait yaradılması üçün kollektiv şəkildə fəaliyyət göstərir.

Yerli iqtisadi inkişaf, mədəni irs, media və turizmin ümumi məqamları, ortaq nöqtələri vardır. Bütün sahələr cəmiyyətin mədəni dəyərlərinin izah və təqdimatını ehtiva edir. Bunlara çoxşaxəli yanaşma turizm təklifləri üçün daha keyfiyyətli nəticələrə səbəb olur və turizm məhsullarının yaradılmasını sürətləndirir. Bu, antropogenik və turizm yerlərinin xəritələşdirilməsi və indikasiyası prosesində, eləcə də müxtəlif media vasitələrində mədəni dəyərlərin təqdimatında əhəmiyyətlidir.

KONFRANS MÖVZULARI
Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, media və turizm sahələrini əhatə etməlidir. Konfrans mövzuları aşağıdakı kimidir:
Mədəni irsin media vasitəsilə qorunması və təqdim olunması
Mədəni irsin turizm məqsədilə genişləndirilməsi
Mədəni irsin və turizmin iqtisadiyyata təsiri
Mədəni irsin turizm məhsulu kimi rəqəmsallaşdırılması
Kollektiv yaddaşın rəqəmsallaşdırılması
Mədəni irs, sosial şəbəkə, “Yeni Media”
Şəhər turizmi və yerli iqtisadi inkişaf
Mədəni irsin iqtisadi inkişaf, media və turizm kontekstində elektron kitabxanalar və elektron təlimlər
Media və turizm sahəsi ilə qarşılıqlı əlaqədə mədəni irsin təsviri
Mədəni irs, media və turizm sahələrində Coğrafi məlumat sistemi və məkani məlumatların idarə olunması
Virtual İrs və Media
Rəqəmsal rekonstruksiyalar, mədəni irsin 3 D modelləşdirilməsi və turizm sahəsinə verilən qiymət
Turizm məhsulu kimi mədəni irsdə reproduksiya texnikaları və sürət prototipi
Multimedia, məlumatın idarə olunması və arxivə salınması və onların mediada tətbiqi
Folklor, etnomusiqişünaslıq, media və turizmin qiymətləndirilməsi

KONFRANSIN ELMİ HEYƏTİ
Dr. Rubin Zemon- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Samoil Malcheski- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Fariz Xəlilli -MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
Dr. Misho Netkovski- “ESRA” Audiovizual İncəsənət Universiteti (Skopye, Makedoniya)
Dr. Margarita Karamihova- Ss. Cyril and Methodius Universiteti (Veliko Trnovo, Bolqarıstan)
Dr. Jasminka Simic –Serbiya Radio-Televiziya Şurası (Belqrad, Serbiya)
Dr. Armanda Kodra Hysa- Mədəni Antropologiya və İncəsənət Tədqiqatları İnstitutu ( Tirana, Albaniya)
Dr. Marcel Courtiade -INALCO- Paris ( Paris, Fransa)
Dr.Svetlana Antova –Bolqarıstan Elmlər Akademiyası, Etnoqrafik Muzeylə Etno və Folklor Araşdırmalar İnstitutu (Sofiya, Bolqarıstan)
Nadia Cherepan –Avropa Humanitar Elmlər Universiteti (Vilnüs, Litva)
Dr. Meli Shopi -Elbasan Universiteti (Elbasan, Albaniya)
Dr. Dejan Metodijeski- Ştip Goce Delchev Universiteti ( Skopye, Makedoniya)

 

MƏQALƏLƏRİN YAZI QAYDALARI
Konfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 17 dekabr tarixinədək iscanth@gmail.com emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 23 dekabrda göndəriləcəkdir.
Məqalədə 300 sözdən ibarət olan ingilis dilində tezis olmalıdır.
Məqalə müəllifinin adı və elmi dərəcəsi
Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
Posterlə iştirak edəcək şəxslər ingilis dilində 1 səhifəlik yazısını 50X75 ölçüsündə poster şəklində hazırlatmalıdır. Poster üçün ödəniş 30 Avrodur.


KONFRANSIN DİLİ
Konfrans iki dildə, ingilis və Makedon dilində keçiriləcək.

SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.

KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş tezislər kitabça şəklində nəşr olunacaq.

KEÇİRİLƏCƏK YER
Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək ( dəqiq yer haqqında məlumat ən qısa zamanda veriləcək).

ÖNƏMLİ TARİXLƏR
Konfrans 17 yanvarda başlayacaq və 19 yanvarda bitəcək.
17 yanvarda II Beynəlxalq mədəni irs, media və turizm konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
Tezislərin göndərilmə tarixi : 17 dekabr 2014
Tezislərin qəbulu haqqında bildiriş: 22 dekabr 2014
Qeydiyyat : 9 yanvar 2015

QEYDİYYAT
İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
110 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans tezislər kitabı, açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
60 avro güzəştli qeydiyyat haqqı
Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı

YERLƏŞMƏ
İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.

UÇUŞ
İştirakçılar öz uçuş biletlərinin xərclərini ödəyəcəkdir.

KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http://iscanthmk.blogspot.com/
Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.

ƏLAQƏ
Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu
Skopye, Makedoniya
e-mail: iscanth@gmail.com
Dr. Rubin Zemon – Proqram rəhbəri
zemon.rubin@gmail.com
Dr. Samoil Malcheski– Təşkilat Komitəsinin sədri
samoil.malcheski@gmail.com
Vasilka Disistrovska – İctimai Əlaqələr üzrə koordinator
dimitrovska@heamus.org.mk

 

 

Oxunub : 5803