16 iyul 2013-cü il tarixində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin növbəti iclasında birliyin 2013-cü ilin 6 ayı ərzində görülmüş işləri müzakirə edilmiş, plan üzrə görüləcək işlərə yenidən baxılmışdır.
İclasda son zamanlar ölkə ərazisində ictimai fəallığın artması və demokratik vətəndaş cəmiyyətinin qurulmasında Azərbaycan hökumətinin qərarlılığından bəhs edilmiş, MİRASa verilən dövlət dəstəyinin davamlı olmasından məmnunluq vurğulanmışdır.
Mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində dövlət səviyyəsində görülən işlər, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması İdarə Heyəti üzvləri tərəfindən xüsusilə qeyd edilmiş, tarixi-mədəni, arxeoloji irsin öyrənilməsi ilə yanaşı bərpa və konservasiyasına dair çoxsaylı qərar və sərəncamlar yada salınmışdır.
MİRAS İctimai Birliyinin İdarə Heyəti uğurlu mədəni irs siyasətinə əsaslanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti prezident seçkilərində də namizədliyini dəstəkləmək haqqında qərarı yekdilliklə qəbul etmiş, ona bu yolda uğurlar arzulamışdır.
|