AZE ENG
Facebook
Twitter Google Myspace
Rusiyada Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransının təşkilatçılarından biri MİRAS olub
30-4-2015

 23-27 aprel tarixində Rusiya Federativ Respublikasının Rostov-na-Donu şəhərində Səlcuq Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçirilib.
Aprelin 23-də simpoziumun açılışı Cənubi Federal Universitetində olub. Simpoziumu açılış nitqi ilə Dr. Anton İvaneşko açmışdır. O, çıxışında bu simpoziumu Türkiyədən Səlcuq Universiteti və Azərbaycandan MİRAS İctimai Birliyi ilə əməkdaşlıqda təşkil etməkdən məmnun olduğunu bildirib. Daha sonra simpoziumun təşkilat komitəsinin sədri Ahmet Aytaç çıxış edib. Osmanlı dövründə türk torpağı olan Azaka yaxın bir yerdə Rostovda belə bir simpoziumun məhz üç ölkə - Azərbaycan, Türkiyə və Rusiyadan olan institutların təşkilatçılığı ilə keçirilməsinin onların iqtisadi və mədəni əlaqələrinə mühüm töhfə verəcəyini nəzərə çatdırıb.
Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyadan 50 məruzə və 12 poster təqdim olunub.
Simpoziumda AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rəna Abdullayeva (Azərbaycan ərasizində qədim türk incəsənəti) və Sehranə Kasımi (Türkdilli xalqların mədəniyyət və folkloruna dair), AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Rahim Həsənov, Elşən Abdurahmanov, Anar Əzizsoy (Şəki Şəhəri və ətraf kəndlərində mövcud pir və ziyarətgahlar), Anar Əzizsoy, Günel Musayeva və Pakizə Zakirova (Azərbaycanın Şəki şəhərində ənənəvi sənətkarlıq irsinin qədim izləri və müasir durumu) və Nərgiz Əsədullayeva, Ramil Teymurov və Şəfəq Mahmudovanın (İncəsənət tarixi: Maddi və mənəvi mədəniyyətin daşlaşmış şahidi-başdaşları) poster məruzələri təqdim olunub. Azərbaycan və Rusiya alimlərinin birgə tədqiqatı olan "İlk orta əsr Mehrəvan şəhər yerində metal detektorların istifadəsi ilə aparılan araşdırmaların ilkin nəticələri" məruzəsi (müəlliflər: Prof.Dr. Qafar Cəbiyev, Dr. Fariz Xəlilli, Dr. Aleksey Pronin və Sergey Roslyakov) maraqla qarşılanıb.
Sonda simpozium iştirakçılarına sertifikatlar, simpozium komitəsinin rəhbərlərinə fəxri diplomlar verilib.

Oxunub : 3935