AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanda İnklüziv Turizmin inkişafı istiqamətində ictimai müzakirələr davam edir
22-8-2015

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar apararaq 135 nəfərin arasında sorğu keçirib.
Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatsızlıq, bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğunu göstərib. Bütün bu məqamlar layihənin üçüncü mərhələsində, sözügedən şəhərlərdə, o cümlədən İsmayıllının Diyallı və Basqal kəndlərində inklüziv turizm perspektivlərinə dair seminarlarda işıqlandırılacaq. Seminar-təlimləri layihənin rəhbəri Miras İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, ekspert ekoloq Gülşən Hüseynova, memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov, ekoloq-araşdırmacı Elmira Abasova, "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova, Arabaçı TV-nin direktoru İlham Məhərrəmov, Miras İctimai Birliyinin Mədəni İrs və Gənclər şöbəsinin müdiri Aidə Məlikova, Miras üzvləri Gəray Məmmədov və Nuranə Əliyeva aparacaqlar. Təlimlər zamanı sorğuların nəticəsinə uyğun seçilmiş mövzular ətrafında müzakirələr gedəcək, qaldırılan problemlər əlaqədar təşkilatların diqqətinə çatdırılacaq. Eyni zamanda Azərbaycanda inkluziv turizm infrastrukturunun pilot layihəsi və müvafiq tövsiyyələri özündə əks etdirən, dünya standartlarına uyğun hazırlanmış Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm layihəsinin təqdimatı olacaq.
Səfər zamanı Şamaxıda qapalı tipli Psixonevroloji Xəstəxanada Miras Folklor qrupunun konserti, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində veteranlarla çay dəstgahı ətrafında görüş, İsmayıllı Ailə və Uşaq Mərkəzində məşğul olan fiziki imkanları məhdud uşaqlarla "Arxeoloqun bir günü" təlimi təşkil ediləcək.
Layihə “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” tövsiyələr kitabının, təxmini tur marşrutların ilə yekunlaşacaq.
 

Oxunub : 3644