AZE ENG
Facebook
Twitter Google Myspace
"Şirvanda şıxlar" Miras sufi turu baş tutub
29-5-2023

 "Miras" Mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi "Mirasla Azərbaycanı gəz" mədəni irs turları silsiləsindən turlarını davam etdirir. 28 may 2023-cü il tarixində bu qəbildən "Şirvanda şıxlar" Miras sufi turu baş tutub. Tur zamanı Diri Baba türbəsi, Pirsaat Baba türbəsi, Kələxana türbələr kompleksi, Şamaxı Cümə məscidi, Pir Ömər Avaxıli Şirvani türbəsi mədəni irs abidələri ziyarət edilib. Turun bələdçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olub. Tur iştirakçıları Azərbaycanın müxtəlif elmi müəssisələrindən əməkdaşlar və tələbələr olub. Avaxılın təbiət abidələrinin əhatəsində məşhur sufi alim Seyid Yəhya Bakuvi Şirvaninin "Virdü Səttar" əsərinin oxusu təşkil edilib, əsər ətrafında müzakirələr aparılıb. Sonda bəzi tur iştirakçılarına "Şuşa: Tarixi-mədəni irsin tədqiqi" kitabı hədiyyə edilib. "Mirasla Azərbaycanı gəz" mədəni irs turları Azərbaycanın müxtəlif abidələrinə turlarla davam etdiriləcəkdir.

Oxunub : 1605