AZE ENG
“AĞSUDA ZƏNGİN ALBAN MƏDƏNİ İRSİ – NƏRGİZAVA” KİTABININ TƏQDİMATI VƏ İMZA MƏRASİMİ KEÇİRİLİB
Martın 27-də kitabevim.az kitab marketində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabının təqdimatı və imza mərasimi olub. Kitab AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru professor Kübra Əliyeva, rəyçiləri professor Qafar Cəbiyev və professor Şikar Qasımovdur.
 
30-3-2016
Ardını oxu
MİRAS Orta əsr Ağsu şəhərində Qala Görüşlərinə Başladı
Martın 23-də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində yazıçı Şəmil Sadiqlə Ağsu rayonu ziyalılarının görüşü keçirilib. Yazıçı əvvəlcə Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri ilə tanış olub.MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli yazıçının tərcümeyi-halı haqqında məlumat verib.
25-3-2016
Ardını oxu
II BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI BAŞA ÇATIB
14-16 mart tarixlərində Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib.Festivala Azərbaycan, Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, Qazaxıstan, Norveç, Yəmən, İndoneziya və Myanmadan olan 300-dən çox iştirakçı qatılıb.  
18-3-2016
Ardını oxu
Mədəni İrs Tolerantlıq Turu Baş Tutdu
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 5 mart tarixində təşkil etdiyi 3-cü mədəni irs ekskursiyasının mövzusu “Multikulturalizm ili” ilə səsləşirdi. MİRAS üzvləri bu dəfə Gülşən Hüseynovanın bələdçiliyi, Aidə Məlikovanın moderatorluğu ilə “Tolerantlıq” turuna çıxdı. Əsas məqsəd Bakıda yerləşən məscidləri, kilsələri, sinaqoqları ziyarət edib istənilən vətəndaşın rahat ibadət şəraitinin yaradılması ilə tanış olmaq, onları memarlıq, tarixi baxımdan araşdırmaqdır. 
9-3-2016
Ardını oxu
XOCALI mədəni, XOCALILILAR mənəvi mirasımızdır
28 fevral tarixində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və üzvləri Glüşən Hüseynova, Əli Allahverdiyev və Şahin Sarıyev Pirşağıda Xocalıdan qaçqın düşmüş, eləcə də Şuşa və Laçın sakinlərinin məskunlaşdığı Qızılqum qəsəbəsinə baş çəkmişlər. 
29-2-2016
Ardını oxu
İctimai Radionun Xəbərdar verilişi
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli İctimai Radionun Xəbərdar verilişində Xuraman Süleymanlının qonağı olub.
23-2-2016
Ardını oxu
MİRAS Üzvləri üçün Mədəni İrs Ekskursiyalarına Başlayıb
Fevralın 20-də Miras üzvləri Gülşən Hüseynovanın bələdçiliyi və Aidə Məlikovanın moderatorluğu ilə “Daşların musiqisi” adlı turda iştirak etmişdir. Tur saat 14:00-da İçərişəhər metrosunun yanından başlamış, Filarmoniya istiqamətində davam etmişdir. 
22-2-2016
Ardını oxu
Beynəlxalq forumun iştirakçıları Qobustan, Şamaxı və Ağsuda olublar
Bakıda keçirilən Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunun iştirakçılarından bir qrupu fevralın 2-də Qobustan, Şamaxı və Ağsu rayonlarında yerləşən mədəni irs abidələri və turizm obyektlərini ziyarət ediblər. 
3-2-2016
Ardını oxu
MİRAS Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunu Keçirdi
Fevralın 1-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu işə başlayıb. 
3-2-2016
Ardını oxu
Azərbaycanlı alimlər IV Beynəlxalq Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” konfransında iştirak ediblər
Yanvarın 17-19-da Makedoniya Respublikasının Ohrid şəhərində IV Beynəlxalq “Ohrid-Vodici, 2016 - Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” konfransı keçirilib.  
21-1-2016
Ardını oxu
AĞSU RAYONUNUN GƏGƏLİ KƏNDİNDƏ “YURD GÖRÜŞÜ” TƏDBİRİ KEÇİRİLİB
Dekabrın 26-da Ağsu rayonunun Gəgəli kəndində "Ağsuda zəngin alban mədəni irsi - Nərgizava" kitabının təqdimatı, Gəgəli kənd Həkim Fazil Cəlilov Mədəniyyət evinin açılışı, I Tərəkəmə Çərşənbəsi Folklor Festivalı fotosərgisinin nümayişi, Gəgəli kənd Qadınlar Klubunun hazırladığı əl işlərinin yarmarkasından ibarət Gəgəlilərin yurd görüşü tədbiri keçirilib. 
28-12-2015
Ardını oxu
MİRAS Hesabat Verdi
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyəti növbəti toplantısını keçirib. Toplantıda idarə heyətinin sədri Fariz Xəlilli, heyət üzvləri və Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak edib. Тoplantıda 2016-cı il üçün hazırlanmış iş planına daxil olmuş fəaliyyətlər müzakirə olunub və təkliflər dinlənilib. Hesabat formatlı bu toplantıda MİRAS İctimai Birliyinin 2015-ci ildə həyata keçirdiyi layihələri və tədbirləri sadalanıb. 
 
25-12-2015
Ardını oxu
<< 11 12 13 14 15 16 17 18 19 20 >>