1-2 fevral 2015-ci il tarixində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Araşdır, qoru və təbliğ et!” devizi altında keçirilən Gənclərin Beynəlxalq Mədəni İrs və Turizm Forumunda müxtəlif ölkələrdən yaşı 40-dək olan gənclər iştirak edib.
Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. |