|
|
|
I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı |
|
Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. |
|
|
|
|
|
|
|
|
MİRAS Fəxri Fərmana layiq görüldü |
|
Şura sədri, Millət vəkili Azay Quliyev 2014-cü ilin Şura üçün uğurlu il olduğunu və yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsusluğunu qeyd edib. Ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib. Şuraya 2014-cü il ərzində 768 təklif daxil olub. Bu təkliflərin 403-ü həyata keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı video-rolik nümayiş olunub. Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib. |
|
|
|
|
|
|
|
|
Makedoniyada 20 Yanvar faciəsi anılıb |
|
Daha sonra Kocacık kəndinin daxil olduğu Jupa bələdiyyəsində (əhalisi əsasən türklərdən ibarət olan yeganə bələdiyyədir) 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. |
|
|
|
|
|
|
|
|
Makedoniyada konfrans keçirilib |
|
Konfransın açılış mərasimində Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Dr. Rubin Zemon, Ohrid şəhəri merinin müavini Angel Janev, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, ESRA Audiovizual İncəsənət Universitetinin professoru Miso Netkov, HAEMUS Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzinin sədri Vasilka Dimitrovska, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları çıxış edərək içtirakçıları salamlayıblar. Artıq 3-cü dəfə keçirilən konfransın əməkdaşlıq üfüqlərinin genişlənməsinə ciddi təsir etdiyi vurğulanıb. |
|
|
|
|
|
|
|
|
I Beynəlxalq “Tarixdə Soyqırımlar : faktlar, reallıqlar, uydurmalar ” Simpoziumu |
|
Qısa məlumat. Tarixdə soyqırıma uğradığını iddia edən və haqqını tələb edən toplumlara çox rast gəlinir. Soyqırım nədir? Hansı faciələr, qırğınlar soyqırım kimi qəbul edilə bilər? "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi hadisələr soyqırım kimi nəzərdə tutulub. SCQACK-nın preambulasında olduğu kimi "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. |
|
|
|
|
|
|
|
|
MİRAS 2015-ci ilin ilk beynəlxalq konfransına başlayır |
|
Konfransda Makedoniya, Albaniya, Rusiya, Litva, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Belarusiya, Polşa və s. ölkələrdən çox sayda tədqiqatçı və alimlər məruzə ilə çıxış edəcəklər. Azərbaycanı konfransda müxtəlif elmi müəssisə və universitetlərdən 20-yə qədər alim və tədqiqatçı təmsil edəcək. |
|
|
|
|
|
|
|
|
MİRAS növbəti 5 ilə əla qiymətlə gedir |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci il yanvarın 10-da yaranmasının beş illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə İctimai Birliyin İdarə Heyətinin üzvü, professor, tarix elmləri doktoru Qafar Cəbiyev açıb. MİRAS-ın beş ildə bir qeyri-hökümət təşkilatının edə biləcəyindən daha artığını etməyə nail olduğunu vurğulayan Qafar Cəbiyev onun Azərbaycan elminin inkişafında, tarixinin və arxeologiyasının öyrənilməsində əvəzsiz rolundan danışıb. Tədbirin cəmiyyət qarşısında bir hesabat xarakteri daşıdığını qeyd edib. |
|
|
|
|
|
|
|
|
"Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı Mersin Universitetində davam etdirilib |
|
Əvvəlcə Dünya Kültürləri Topluluğunun sədri Məhəmməd Xalid Tahiri konfransı açıb. O bildirib ki, müxtəlif ölkələrin tələbələrinin üzvü olduğu topluluq tez-tez belə tədbirlər keçirir. Azərbaycandan gələn alimlərin bu topluluğun üzvlərinə xitab etməsi və gənclərimizi aydınlatması bizi sevindirir. |
|
|
|
|
|
|
|
|
Mersin , Tarsusda “ Ortaq Dəyərlər və Tarix" konfransı və "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib. |
|
Türkçe Topluluğunun sədri və Türk Dünyası Birlik Platformunun koordinatoru Ahmet Şimşek konfransı açıb. Konfransın və sərginin keçirilməsində əsas məqsədin ortaq dəyərlər və tariximizin daha geniş təbliği və müzakirələri olduğunu qeyd edib. |
|
|
|
|
|
|
|
|
26fevral.az saytı Milli İnternet Mükafatı - Milli Net 2014 qalibləri siyahısındadır |
|
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF-in prezidenti Osman Gündüz çıxış edərək Milli Net-ə 14 nominasiya üzrə 322 saytın təqdim olunduğunu və onlardan yalnız 272 sayt yarışmaya buraxıldığını qeyd etmişdir. Osman Gündüz eləcə də bu il ilk dəfə olaq Mobil tətbiqlər və Qarabağla bağlı saytlar Nominasiyalarının daxil edildiyini diqqətə çatdırıb. |
|
|
|
|
|
|
|
|
Qorqasali adına Tbilisi Tədris Universitetində "Turizmin tədrisində innovativ metodlar" I elmi-praktiki konfrans keçirilib |
|
Konfransda turizm araşdırmaları, təbliğat və tədris problemləri, turizm bakalavr proqramının hazırlanmasının prinsipləri, turizmin tədrisində web, gis və mobil texnologiyalar, turizmdə innovativ tədrisin aspektləri, mədəni irs turizminin inkişafında Dostlar üçün Gürcüstan Beynəlxalq Assosasiyasının yeri, inkluziv turizmdə tur-bələdçi təlimləri və digər mövzularda çıxışlar və müzakirələr aparılıb. |
|
|
|
|
|
|
|
|
MİRAS “Xeyirxah oxucu” aksiyasına böyük ruh yüksəkliyi və yeni ideyalarla yekun vurdu |
|
Tədbir MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin və Gözdən Əlillər üçün Respublika Kitabxanasının müdir müavini Tofiq Balayevin “xeyirxah oxucu” qrupuna MİRAS İctimai Birliyinin təşəkkürnamələrinin təqdimatı və xatirə fotoşəklin çəkilməsi ilə başa çatdı. |
|
|
|
|
|
|
<< 21 22 23 24 25 26 27 28 29 30 >> |
|