AZE ENG
MİRAS ilk Beynəlxalq Mədəni İrs Düşərgəsini təşkil edir
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ildən başlayaraq “Beynəlxalq Tarixi-mədəni Azərbaycan turu” layihəsi çərçivəsində Beynəlxalq Mədəni İrs Düşərgəsi təşkil edir.
10-4-2013
Ardını oxu
MİRAS-ın açıq havada qiraət günü maraqla qarşılandı
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Beynəlxalq Uşaq Kitabı günü münasibətilə 2013-cü il aprelin 3-də açıq havada qiraət təşkil etdi.
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə əməkdaşlıqda təşkil olunan tədbirdə rayon ictimaiyyəti və məktəblilər iştirak etdilər.
 
3-4-2013
Ardını oxu
I Mədəni İrs Olimpiadası Başlayır
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tələbələr arasında I Mədəni irs olimpiadasına start verib.
1-4-2013
Ardını oxu
MİRAS Soyqırım qurbanlarını Qubada andı
 MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək seminar iştirakçılarına 1918-ci ildə Azərbaycan türklərinə qarşı törədilmiş hadisələrin tarixçəsindən danışıb. Bakı, Quba, Şamaxı, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan, Cənubi Azərbaycan və azərbaycanlıların məskunlaşdıqları digər bölgələrdə kütləvi qırğınların törədilməsindən
31-3-2013
Ardını oxu
Ziyalılar Beyləqanda arxeoloji tədqiqatların aparılmasını istəyirlər
 Orta əsr Beyləqan şəhərində bir zamanlar aparılmış arxeoloji tədqiqatların davam etdirilməsi və konservasiya işlərinin görülməsi tariximizin öyrənilməsi və təbliği, bu bölgədə mədəni turizmin inkişafı istiqamətində çox mühüm addım olardı. Bu fikir 2013-cü il martın 28-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin keçirdiyi “Orta əsr şəhər mədəniyyəti və Beyləqan” mövzusunda seminarda səslənib
29-3-2013
Ardını oxu
MİRAS Beyləqanda seminar keçirir
2013-cü il martın 28-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi “Orta əsr şəhər mədəniyyəti və Beyləqan” mövzusunda seminar keçirəcək.
 
27-3-2013
Ardını oxu
I MİRAS Rəssamlıq Simpoziumu
Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə start verib. Belə ki, birlik I MİRAS Rəssamlıq Simpoziumunun keçirilməsi haqqında elan yayıb. Elanda deyilir ki, simpozium 2013-cü il mayın 9-15-də Ağsu və İsmayıllı rayonlarında keçiriləcək.
26-3-2013
Ardını oxu
“Folklorumuz və Qobustan” seminarı keçirildi
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il martın 13-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qobustan Milli Tarix və Bədii Qoruğunda “Folklorumuz və Qobustan” mövzusunda mədəni irs seminarı keçirdi.
 
13-3-2013
Ardını oxu
MİRASdan teatr layihəsi
 Bu ildən başlayaraq 10 Mart Azərbaycanda rəsmi olaraq Milli Teatr Günü kimi qeyd olunur. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Bakı Uşaq Teatrı da məhz həmin gündə, yəni 10 mart 2013-cü ildə birlikdə ərsəyə gətirdikləri teatr layihəsini tamaşaçılara təqdim etdilər.
Belə ki, hazırda Bakı Uşaq Teatrının yerləşdiyi H.Sarabski adına Mədəniyyət Evində baş tutan tədbirdə Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadənin “Əşxas” pyesinin təqdimatı oldu.
Əvvəlcə, teatrın bədii rəhbəri və direktoru, tamaşanın rejissoru İntiqam Soltan “Mirasla əl-ələ” layihəsi haqqında tamaşaçılara məlumat verdi.
11-3-2013
Ardını oxu
Uşaq Teatrı MİRASla əl-ələ
Mart ayının 10-da saat 15.00-da Bakı Uşaq Teatrında Abdulla Şaiqin birpərdəli “Əşxas” (Şəxslər) pyesinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Tamaşa Bakı Uşaq Teatrı və MİRAS İctimai Birliyinin “Uşaq Teatrı MİRASla əl-ələ” layihəsi çərçivəsində səhnələşdirilmişdir. Tamaşanın rejissorları İntiqam Soltan və Hacıbaba Məmmədovdur.
7-3-2013
Ardını oxu
I Mədəni İrs Olimpiadası
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə başlayıb. Birlik tələbə gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunması məqsədi ilə tələbələr arasında I Mədəni irs olimpiadasına start verib.
 
4-3-2013
Ardını oxu
Xocalı vaxtı
 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq üçün respublika üzrə gənclər, tələbə və məktəblilər arasında rəsm müsabiqəsi elan etmişdi. Fevralın 25-də Nizami rayonundakı 129 saylı məktəbdə müsabiqəyə təqdim olunan işlərdən ibarət “Xocalı yaddaşlarda və əl işlərində” sərgisi təşkil olundu.
26-2-2013
Ardını oxu
<< 31 32 33 34 35 36 37 >>