|
|
|
Arxeoloji və ekoloji miras |
|
Fevralın 15-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Türkiyənin Ordu şəhərindəki Ordu Universitetində “Arxeoloji və ekoloji miras” mövzusunda seminar keçirdi.
|
|
|
|
|
|
|
|
|
Qaradəniz Turizm Sərgisi açılıb |
|
Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb. |
|
|
|
|
|
|
|
|
MİRAS Türkiyədə turizm sərgisində iştirak edib |
|
Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb.
Azərbaycanı sərgidə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Heritage Travel Turizm şirkəti təmsil edir.
Ordu Mədəniyyət və Turizm Mərkəzində baş tutan açılış mərasimində Ordu valisi Orhan Düzgün, Samsun valisi Hüseyn Aksoy, Sinop valisi Ahmet Cengiz, Amasiya valisi Abdil Cəlil Öz, Girəsun valisi Dursun Əli Şahin, Ordu şəhər qarnizon komandiri polis polkovniki Şərəf Çakmak və tanınmış iş adamları iştirak edb. |
|
|
|
|
|
|
|
|
MİRAS Gənclər gününü qeyd etdi |
|
Cəmiyyətin hər bir üzvünün baş verən proseslərdə yaxından iştirak iştirak etmək, əlamətdar və tarixi günləri qeyd etmək haqqı var. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi məhz bu düşüncəyə əsaslanaraq 2 Fevral Gənclər günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirdi.
|
|
|
|
|
|
|
|
|
I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı öz işinə başladı |
|
Yanvarın 18-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı öz işinə başlayıb. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. |
|
|
|
|
|
|
|
|
MİRAS təcrübəsini dünyaya tanıdır |
|
2013-cü il yanvarın 18-20-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçirilib. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. Konfransda 12 ölkədən, o cümlədən Makedoniya, Böyük Britaniya, Albaniya, Bolqarıstan, Türkiyə, Çernoqoriya, Ukrayna, Litva, Yunanıstan və digər ölkələrdən 60-a qədər məruzəçi iştirak edib. Azərbaycan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və MİRAS İctimai Birliyindən 9 nəfərlik heyətlə təmsil olunub.
Konfransın açılış mərasimi Ohrid şəhərindəki Apostol Müqəddəs Pavel Universitetində olub. |
|
|
|
|
|
|
|
|
MİRASın Skopyedə seminarı keçirilib |
|
Yanvarın 17-də Makedoniyanın paytaxtı Skopye şəhərində Gənclərin Mədəniyyət Mərkəzində MİRAS İctimai Birliyi və Arxeologiya Assossaiyasının tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği mövzusunda birgə seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə Arxeologiya Assossaiyasının prezidenti Radomir İvanoviç açmışdır.
|
|
|
|
|
|
|
|
|
MİRAS 3 yaşını qeyd etdi |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yaranmasının 3 ili münasibətilə MİRAS üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə tədbir keçirmişdir. Tədbir MİRAS İctimai Birliyinin 2012-ci ildə gördüyü işlərin hesabatı və 2013-cü il üçün iş planının təqdimatı ilə başlanmışdır. |
|
|
|
|
|
|
|
|
“Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə" seminarı başa çatdı |
|
Oktyabrın 8-də saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxeоlоji ekspedisiyasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər...
|
|
|
|
|
|
|
|
|
“Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə" Seminarı |
|
Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarımıza olan marağını artırmaq, onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir. Tədbir iştirakçıları bir sıra məktəblərin müəllim və şagird kollektivi olacaq.
|
|
|
|
|
|
|
|
|
Ağsuda yenə qızıl tapıldı |
|
Ekspedisiyanın rəhbəri qeyd edib ki, indiyə kimi tədqiqatlar nəticəsində qızıldan çox-çox dəyərli tapıntılar olub. Onun sözlərinə görə, yaxşı arxeoloq yalnız çox qazan və çox tapan deyil, qazdıqlarını yazandır. O, Ağsu arxeoloji ekspedisiyanın tapıntılarına həsr olunmuş artıq 4-cü kitabın çapa hazırlandığını KİV təmsilçilərinin diqqətinə çatdırıb. |
|
|
|
|
|
|
|
|
YOCOCU konfransı 2014-cü ildə Bakıda keçirilə bilər |
|
Məlumat üçün bildirək ki, YOCOCU mədəni irsin müxtəlif sahələrində çalışan gənc peşəkarlar və tədqiqatçılar şəbəkəsini qurmaq məqsədi ilə yaradılıb. Ümumi məqsədə xidmət edən gənc tələbələr, tədqiqatçılar və peşəkarlarların toplaşdığı konfransda mədəni irsin müxtəlif sahələri - fizika, biologiya, konservasiya, bərpa, arxeologiya, memarlıq və s. üzrə təcrübə və bilik mübadiləsi aparılır. Konfransın məruzələri beynəlxalq səviyyədə tanınan və etibar olunan YOCOCU jurnalında nəşr edilir |
|
|
|
|
|
|
<< 31 32 33 34 35 36 37 >> |
|