AZE ENG
IV Beynəlxalq Avrasiya Arxeologiyası Konqresinin Proqramı
IV Beynəlxalq Avrasiya Arxeologiyası Konqresi1-5 oktyabr, 2012-ci ilAğsu şəhəri 
4th International Congress of Eurasian Archaeology- ICEA1-5 October, 2012City of Agsu
 
11-9-2010
Ardını oxu
Azərbaycanda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı başa çatmışdır
Türkiyədən, Rusiyadan, İtaliyadan, Özbəkistandan və bir sıra başqa ölkələrdən gəlmiş arxeoloji araşdırma mərkəzlərinin nümayəndələrinin, dövlət rəsmilərinin, tarixçi alimlərin və beynəlxalq turizm üzrə mütəxəssislərin qatıldıqları konfransın sonuncu iş günündə Avrasiya regionunda arxeoloji turizm, arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləri müzakirə olunmuşdur.
5-9-2010
Ardını oxu
Ağsu arxeoloji ekspedisiyasının saytı yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) agsuexpedition.org yeni internet saytını yaradıb. Saytda Ağsu rayonunda aparılmış qazıntıların nəticələri öz əksini tapıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ekspedisiya rəhbərinin müavini Fariz Xəlilli məlumat verib.
 
18-8-2010
Ardını oxu
Ağsuda başlanmış arxeoloji tədqiqatlar uğurla davam etdirilməkdədir
Bu ilin mart ayında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət ekspedisiya tərəfindən Ağsuda başlanmış arxeoloji tədqiqatlar uğurla davam etdirilməkdədir. 
 
1-8-2010
Ardını oxu
Ağsuda XVII əsrə aid şəhər qalıqları aşkar edilib
Ağsu rayonunun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri hesab edir və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. 
 
4-7-2010
Ardını oxu
Ağsuda arxeoloji tədqiqatlar
Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xarabaşəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir.
4-7-2010
Ardını oxu
Ağsu orta əsr şəhər yerində ekskursiya
Ağsu rayonu Yenilik kənd əsas məktəbinin müəllim və şagirdləri ilə birlikdə Ağsu orta əsr şəhər yerində açıq dərs keçilmişdir. Ağsu arxeoloji ekspedisiyasının rəis müavini Fariz Xəlilli Ağsu şəhəri ilə bağlı yazılı və sənədli mənbələr haqqında məlumat vermişdir. 
21-5-2010
Ardını oxu
Ağsuda "Arxeoloji turizm və muzeylər" seminarı
Mayın 18-də Beynəlxalq Muzeylər günü münasibətilə Ağsu rayonunda bir sıra tədbirlər keçirilmişdir. Günün birinci yarısında rayon məktəblərinin müəllim və şagirdləri orta əsr Ağsu şəhər yerində aparılmaqda olan arxeoloji qazıntılarla yaxından tanış olmuş, açıq dərslər keçilmişdir.
19-5-2010
Ardını oxu
Ağsu orta əsr şəhər yerində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoydu
Arxeoloqlar mart ayında tədqiqinə başladıqları 600 kvadrat metrlik sahədə tədqiqat işlərini başa çatdırmışlar. İndi onlar şəhərin əsas giriş qapısı yaxınlığında sahəsi 2048 kvadrat metrlik ərazidə tədqiqatlara başlamışlar.
 
16-5-2010
Ardını oxu
Orta əsr Ağsu şəhər yerində su təchizat sisteminin bir hissəsi aşkar edildi
9 may tarixində arxeoloji qazıntı zamanı Orta əsr Ağsu şəhərinin şimal divarına yaxın binanın birinin döşəməsi altından su təchizat sistemi ilə əlaqəli tünglər aşkar olundu.
10-5-2010
Ardını oxu
Ağsu rayonu İcra Hakimiyyəti və Ağsu arxeoloji ekspedisiyası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirəcək
Mayın 7-də AMEA-nın Arxeоlоgiya və Etnоqrafiya İnstitutunun Ağsu arxeоlоji  ekspedisiyası və Ağsu Rayоn İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağsu şəhərində  Ümummilli Lider Heydər Əliyevin anadan оlmasının 87-ci ildönümü münasibətilə «Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi» mövzusunda silsilə tədbirlər keçiriləcəkdir. 
6-5-2010
Ardını oxu
Kürdəmir rayonunun Muradxan kəndində dəfinə tapıldı!
Kürdəmir rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən nadir pul dəfinəsi tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu ekspedisiyasının rəhbəri Qafar Cəbiyev bildirib.
2-4-2010
Ardını oxu
<< 31 32 33 34 35 36 37 >>