|
|
|
"Miras" İctimai Birliyi İKOMOS-un "İrs və iqlim" çağırışlarına qoşulur |
|
1982-ci ildə İKOMOS 18 aprel gününü "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi təsis edib və ardınca YUNESKO-nun 22-ci Baş Konfransında qəbul edilib. Hər il bu münasibətlə İKOMOS öz üzvləri, İKOMOS-un Milli və Beynəlxalq Elmi Komitələri, İşçi Qrupları, tərəfdaşları və Günün qeyd olunmasına qoşulmaq istəyən hər kəs tərəfindən təşkil olunacaq fəaliyyətlər üçün mövzu təklif edir. İKOMOS keçən ilin “Mürəkkəb keçmişlər: Müxtəlif gələcəklər” mövzusuna əsaslanaraq 2022-ci il üçün açıq, konstruktiv və nəsillərarası dialoqlar vasitəsilə "İrs və İqlim" mövzusunu araşdırmağa çağırır. |
|
|
|
|
|
|
|
|
AMEA: potensialı və problemləri |
|
Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də aparılan elmi tədqiqatlar respublikanın yüksəlməkdə olan inkişaf tempindən geri qalır. |
|
|
|
|
|
|
|
|
"Miras"ın yeni İdarə Heyəti seçilib |
|
Martın 9-da Ağsu rayonu Gəgəli kəndində yerləşən və Azərbaycanda mədəni irs sahəsində azsaylı ixtisaslaşmış ictimai təşkilatlardan biri olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə görə iki ildən bir birliyin yeni İdarə Heyəti formalaşır, sədr və sədr müavini seçilir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin hazırda rəsmi olaraq 222 üzvü var. Həmin üzvlərin əksəriyyəti onlayn şəkildə təşkil olunan seçkilərdə iştirak edərək doqquz nəfərdən ibarət yeni İdarə Heyətini, o cümlədən sədri və sədr müavinini seçiblər. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli seçilib. |
|
|
|
|
|
|
|
|
Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu: Elmi və Təşkilat Komitəsi |
|
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi 1 fevral - 31 iyul 2022-ci il tarixlərində Ağsu və Ağdam rayonları ərazisində həyata keçiriləcək. Tərəfdaş elm və təhsil müəssisələri olan Türkiyə Cümhuriyyəti Amasiya Univeristeti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Simpoziumun Elmi və Təşkilat Komitəsi tərtib edilib. |
|
|
|
|
|
|
|
|
Ümumdünya Abidələr Fondu təhlükə altında olan tarixi yerlərin 2022-ci il üzrə siyahısını elan edib |
|
Martın 1-də onlayn keçirilən iclasda cari 2022-ci il "Dünya Abidələrini Müşahidə" proqramı üçün fövqəladə əhəmiyyət kəsb edən, aktual problemlərlə üzləşən və "Ümumdünya Abidələr Fondu"nun yerli icmalarla tərəfdaşlığının mənalı fərq yaratmaq potensialına malik olan 25 tarixi yer seçilmişdir. Həmin tarixi yerlərin adlarını və üzləşdikləri problemləri aşağıda qeyd edirik: |
|
|
|
|
|
|
|
|
AMEA Albanşünaslıq Elmi Mərkəzinin bəyanatı |
|
AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin ermənilər tərəfindən Albaniyaya məxsus mədəni irs nümunələrinin davamlı olaraq məhv edilməsi, mənsubiyyətinin saxtakarlaşdırılaraq dəyişdirilməsi istiqamətindəki antibəşəri fəaliyyətinə dair bəyanatı |
|
|
|
|
|
|
|
|
Şuşa şəhərinin 270 illiyində mən nə edə bilərəm?! |
|
Mən Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ilin "Şuşa ili" elan olunmasını alqışlayıram, təqdir edirəm. Bu il tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Şuşa şəhərinin tarix və mədəniyyətinin dünya ictimaiyyətinə akademik səviyyədə tanıtmaq imkanı yaranıb. |
|
|
|
|
|
|
|
|
“Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi |
|
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi 1 fevral - 31 iyul 2022-ci il tarixlərində Ağsu və Ağdam rayonları ərazisində həyata keçiriləcək.
|
|
|
|
|
|
|
|
|
Heads of Azerbaijani NGOs appeal to UNESCO Director-General |
|
We, the representatives of NGOs, have repeatedly appealed to UNESCO to inform you about the cultural genocide committed by Armenia against the heritage of the Azerbaijani people. As a result of a deliberate policy pursued by Armenia, the centuries-old cultural heritage of our people in the territory of Armenia is facing the threat of complete extermination. |
|
|
|
|
|
|
|
|
"Ohrid - Vodiçi 2022" X Beynəlxalq Elmi Konfrans |
|
Ekoloji tədqiqatlar, mədəni irs, siyasi elmlər, iqtisadiyyat, turizm, media, memarlıq, muzeyşünaslıq, arxivçilik, audio-vizual sənətlər, informasiya elmləri/texnologiyaları, arxeologiya, antropologiya/etnologiya, incəsənət tarixi, coğrafiya, sosiologiya, psixologiya və bütün əlaqədar sahələr üzrə alimlər, fəlsəfə doktorları, magistr tələbələri, tədqiqatçılar və praktikantlar bu konfransda sahəsinə aid hər hansı bir mövzuda məqalə ilə çıxış etməyə dəvət olunur. |
|
|
|
|
|
|
|
|
“Zəfər qəhrəmanları” sərgisi |
|
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağsu rayonu Gəgəli bələdiyyəsi və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə birlikdə qoruq daxilindəki tarixi Cümə məscidində Qarabağ müharibəsinin şəhidləri və qazilərinə həsr olunmuş “Zəfər qəhrəmanları” sərgisini tərtib edərək ziyarətçilərin üzünə açıb. |
|
|
|
|
|
|
|
|
Gəgəli kəndi Şəhidlər Xiyabanı |
|
Noyabrın 6-da Ağsu rayonu Gəgəli kəndində 8 noyabr Zəfər günü münasibətilə Şəhidlər Xiyabanının açılış mərasimi olub. "Gəgəli kəndinin Şəhidlər Xiyabanı" kəndin girişində, tarixi "Ömər Lahıci" su arxının kənarında inşa edilib. Abidə-kompleks Gəgəli kəndinin Birinci Qarabağ müharibəsi (Sahib Mütəllimov, Həqiqət Musayev, Sərdar Hacıyev, Cəbrayıl Gərayev, Şahin Quliyev, Namik Talışov, Elçin Şirvanov, Elçin Cərullayev, Mətləb Mütəllimov) və İkinci Qarabağ müharibəsi (Kamran Quluzadə, Vüsal İbişov, Elmir Süleymanlı) şəhidlərinin mərmər lövhə üzərində əksi olan memorial daş abidədən və qarşısındakı yarım hektarlıq geniş parkdan ibarətdir. |
|
|
|
|
|
|
<< 1 2 3 4 5 6 7 8 9 10 >> |
|