|
|
|
MİRASdan teatr layihəsi |
|
Bu ildən başlayaraq 10 Mart Azərbaycanda rəsmi olaraq Milli Teatr Günü kimi qeyd olunur. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Bakı Uşaq Teatrı da məhz həmin gündə, yəni 10 mart 2013-cü ildə birlikdə ərsəyə gətirdikləri teatr layihəsini tamaşaçılara təqdim etdilər.
Belə ki, hazırda Bakı Uşaq Teatrının yerləşdiyi H.Sarabski adına Mədəniyyət Evində baş tutan tədbirdə Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadənin “Əşxas” pyesinin təqdimatı oldu.
Əvvəlcə, teatrın bədii rəhbəri və direktoru, tamaşanın rejissoru İntiqam Soltan “Mirasla əl-ələ” layihəsi haqqında tamaşaçılara məlumat verdi. |
|
|
|
|
|
|
|
|
Uşaq Teatrı MİRASla əl-ələ |
|
Mart ayının 10-da saat 15.00-da Bakı Uşaq Teatrında Abdulla Şaiqin birpərdəli “Əşxas” (Şəxslər) pyesinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Tamaşa Bakı Uşaq Teatrı və MİRAS İctimai Birliyinin “Uşaq Teatrı MİRASla əl-ələ” layihəsi çərçivəsində səhnələşdirilmişdir. Tamaşanın rejissorları İntiqam Soltan və Hacıbaba Məmmədovdur. |
|
|
|
|
|
|
|
|
I Mədəni İrs Olimpiadası |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə başlayıb. Birlik tələbə gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunması məqsədi ilə tələbələr arasında I Mədəni irs olimpiadasına start verib.
|
|
|
|
|
|
|
|
|
Xocalı vaxtı |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq üçün respublika üzrə gənclər, tələbə və məktəblilər arasında rəsm müsabiqəsi elan etmişdi. Fevralın 25-də Nizami rayonundakı 129 saylı məktəbdə müsabiqəyə təqdim olunan işlərdən ibarət “Xocalı yaddaşlarda və əl işlərində” sərgisi təşkil olundu. |
|
|
|
|
|
|
|
|
Arxeoloji və ekoloji miras |
|
Fevralın 15-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Türkiyənin Ordu şəhərindəki Ordu Universitetində “Arxeoloji və ekoloji miras” mövzusunda seminar keçirdi.
|
|
|
|
|
|
|
|
|
Qaradəniz Turizm Sərgisi açılıb |
|
Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb. |
|
|
|
|
|
|
|
|
MİRAS Türkiyədə turizm sərgisində iştirak edib |
|
Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb.
Azərbaycanı sərgidə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Heritage Travel Turizm şirkəti təmsil edir.
Ordu Mədəniyyət və Turizm Mərkəzində baş tutan açılış mərasimində Ordu valisi Orhan Düzgün, Samsun valisi Hüseyn Aksoy, Sinop valisi Ahmet Cengiz, Amasiya valisi Abdil Cəlil Öz, Girəsun valisi Dursun Əli Şahin, Ordu şəhər qarnizon komandiri polis polkovniki Şərəf Çakmak və tanınmış iş adamları iştirak edb. |
|
|
|
|
|
|
|
|
MİRAS Gənclər gününü qeyd etdi |
|
Cəmiyyətin hər bir üzvünün baş verən proseslərdə yaxından iştirak iştirak etmək, əlamətdar və tarixi günləri qeyd etmək haqqı var. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi məhz bu düşüncəyə əsaslanaraq 2 Fevral Gənclər günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirdi.
|
|
|
|
|
|
|
|
|
I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı öz işinə başladı |
|
Yanvarın 18-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı öz işinə başlayıb. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. |
|
|
|
|
|
|
|
|
MİRAS təcrübəsini dünyaya tanıdır |
|
2013-cü il yanvarın 18-20-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçirilib. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. Konfransda 12 ölkədən, o cümlədən Makedoniya, Böyük Britaniya, Albaniya, Bolqarıstan, Türkiyə, Çernoqoriya, Ukrayna, Litva, Yunanıstan və digər ölkələrdən 60-a qədər məruzəçi iştirak edib. Azərbaycan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və MİRAS İctimai Birliyindən 9 nəfərlik heyətlə təmsil olunub.
Konfransın açılış mərasimi Ohrid şəhərindəki Apostol Müqəddəs Pavel Universitetində olub. |
|
|
|
|
|
|
|
|
MİRASın Skopyedə seminarı keçirilib |
|
Yanvarın 17-də Makedoniyanın paytaxtı Skopye şəhərində Gənclərin Mədəniyyət Mərkəzində MİRAS İctimai Birliyi və Arxeologiya Assossaiyasının tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği mövzusunda birgə seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə Arxeologiya Assossaiyasının prezidenti Radomir İvanoviç açmışdır.
|
|
|
|
|
|
|
|
|
MİRAS 3 yaşını qeyd etdi |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yaranmasının 3 ili münasibətilə MİRAS üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə tədbir keçirmişdir. Tədbir MİRAS İctimai Birliyinin 2012-ci ildə gördüyü işlərin hesabatı və 2013-cü il üçün iş planının təqdimatı ilə başlanmışdır. |
|
|
|
|
|
|
<< 31 32 33 34 35 36 37 >> |
|