AZE ENG
Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib
17-19 may tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il Şuşa ilinə həsr edilən Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib.
20-5-2022
Ardını oxu
"Sevil - səmaya dönüşən təcəssüm" sərgisi
17 aprel 2022-ci il tarixində "Nur Art House"-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə mərhəmət, sevgi, qoruyucu mələk mövzusunda "Sevil - səmaya dönüşən təcəssüm" adlı sərgisinin açılışı olub. 
20-4-2022
Ardını oxu
İrs və İqlim / Heritage and Climate
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları - PICASP” layihəsi çərçivəsində ICOMOS-un 18 Aprel Dünya Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar elan etdiyi "İrs və İqlim" mövzusunda vebinar keçirir.
15-4-2022
Ardını oxu
“Miras” İctimai Birliyinin üzvləri Çıraqlı nekropolunu ziyarət ediblər
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyəti sədrinin müavini Dr. Günel Seyidəhmədli, İdarə Heyətinin üzvü Dr. Həbibə Əliyeva Çıraqlı daş heykəllərinin aşkar olunduğu nekropolun vəziyyətini öyrənmək və yerüstü son orta əsr qəbir abidələrini tədqiq etmək məqsədi ilə Şamaxı rayonunun Çıraqlı kəndinə səfər ediblər.
13-4-2022
Ardını oxu
Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu Ağdam rayonu Quzanlı qəsəbəsində keçiriləcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi üzrə Simpozium üçün məruzə tezislərinin toplanılması davam edir. 
5-4-2022
Ardını oxu
Fifth International Hamza Nigari Symposium
“The Fifth International Hamza Nigari Symposium” will be held in Guzanli settlement of Aghdam region on 17-19 May, 2022. Main purpose of the symposium is to assess the research of the Turkic and Islamic world on the perspectives of the past and present, as well as the world of thought and life of Hamza Nigari.  
23-3-2022
Ardını oxu
Qafqaz Albaniyasının ilk paytaxt şəhəri: Qəbələ - 2500
 Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi” əsərində "Xabala” kimi adı çəkilən Qəbələnin adı orta əsr mənbələrində də tez-tez xatırlanıb.
19-3-2022
Ardını oxu
V. Uluslararası Hamza Nigari Sempozyumu
“V. Uluslararası Hamza Nigari Sempozyumu” 17-19 mayıs 2022 yılında Ağdam ilinin Guzanlı kasabasında yapılacaktır. Sempozyumun amacı Hamza Nigari’nin düşünce dünyası ve hayatı ile yanı sıra, geçmişten günümüze perspektif üzerinden Türk ve İslam dünyası araştırmalarını değerlendirmektir. 
19-3-2022
Ardını oxu
"Sevil İncəsənət Sərgisi" keçiriləcək
2022-ci il 17-20 aprel tarixlərində "Nur Art" House qalereyasında (İçərişəhər qəsr küç. 27) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, "MİRAS"  Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix -Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə sevgi, mərhəmət, şəfqət, qoruyucu mələk mövzulu  "Sevil İncəsənət Sərgisi" keçiriləcək.
15-3-2022
Ardını oxu
"Miras" İctimai Birliyi İKOMOS-un "İrs və iqlim" çağırışlarına qoşulur
1982-ci ildə İKOMOS 18 aprel gününü "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi təsis edib və ardınca YUNESKO-nun 22-ci Baş Konfransında qəbul edilib. Hər il bu münasibətlə İKOMOS öz üzvləri, İKOMOS-un Milli və Beynəlxalq Elmi Komitələri, İşçi Qrupları, tərəfdaşları və Günün qeyd olunmasına qoşulmaq istəyən hər kəs tərəfindən təşkil olunacaq fəaliyyətlər üçün mövzu təklif edir. İKOMOS keçən ilin “Mürəkkəb keçmişlər: Müxtəlif gələcəklər” mövzusuna əsaslanaraq 2022-ci il üçün açıq, konstruktiv və nəsillərarası dialoqlar vasitəsilə "İrs və İqlim" mövzusunu araşdırmağa çağırır.
15-3-2022
Ardını oxu
AMEA: potensialı və problemləri
Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də aparılan elmi tədqiqatlar respublikanın yüksəlməkdə olan inkişaf tempindən geri qalır.
12-3-2022
Ardını oxu
"Miras"ın yeni İdarə Heyəti seçilib
Martın 9-da Ağsu rayonu Gəgəli kəndində yerləşən və Azərbaycanda mədəni irs sahəsində azsaylı ixtisaslaşmış ictimai təşkilatlardan biri olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə görə iki ildən bir birliyin yeni İdarə Heyəti formalaşır, sədr və sədr müavini seçilir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin hazırda rəsmi olaraq 222 üzvü var. Həmin üzvlərin əksəriyyəti onlayn şəkildə təşkil olunan seçkilərdə iştirak edərək doqquz nəfərdən ibarət yeni İdarə Heyətini, o cümlədən sədri və sədr müavinini seçiblər. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli seçilib.
10-3-2022
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>