AZE ENG
Facebook
Twitter Google Myspace
Mədəni İrs Tolerantlıq Turu Baş Tutdu
9-3-2016

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 5 mart tarixində təşkil etdiyi 3-cü mədəni irs ekskursiyasının mövzusu “Multikulturalizm ili” ilə səsləşirdi. MİRAS üzvləri bu dəfə Gülşən Hüseynovanın bələdçiliyi, Aidə Məlikovanın moderatorluğu ilə “Tolerantlıq” turuna çıxdı. Əsas məqsəd Bakıda yerləşən məscidləri, kilsələri, sinaqoqları ziyarət edib istənilən vətəndaşın rahat ibadət şəraitinin yaradılması ilə tanış olmaq, onları memarlıq, tarixi baxımdan araşdırmaqdır. 
Tur iştirakçıları MİRAS üzvləri olan Cəfərli Tofiqə, Nuranə Əlili, Səbinə Allahverdiyeva, Ayan Zamanova, Gəncədən gələrək tura qoşulan Rəşad və Mehbarə Abbasova idi. Saat 11:07 -də əvvəlcədən qərarlaşdırılan maşrut üzrə yola düşərək, Salyan kazarmalarına (Tikildiyi ilk vaxtlardan XVII əsrdən Kazarma kimi fəaliyyət göstərib. Kazarma ilə üzbəüz yerləşən binalarda 1990–ci il 20 yanvar hadisələri zamanı atılan güllələrin izləri hələdə qalır) doğru yola çıxıldı. İlk istiqamət Jen Mironosets pravoslav kilsəsi idi. Kazarmanın həyəti geniş olduğundan, ətrafda yeni həyət evləri, binalar tikildiyindən onların yolu bir qədər uzandı və tur iştirakçıları yeni tikilmiş “Qızıl Şərq “ hərbi şəhərciyi ilə yolüstü tanış oldular. Yol boyu gördükləri hündür və köhnə binalar haqqında da məlumat aldılar. Daha sonra iştirakçılar Jen Mironosits kilsəsini ziyarət etdi (pravoslav kilsəsi olub, 1909-cu ildə xeyriyyəçi Hacı ZeynalabdinTağıyevin maliyyə yardımı ilə kazarmadakı xristianlar üçün tikilən kilsə bir neçə dəfə əsaslı təmir olunub. Sonuncu təmir 2001-ci ildə Ümummilli lider H.Əliyevin tapşırığı, xeyriyyəçi Aydın Qurbanovun vəsaiti və şəxsi iştirakı ilə aparılmış, elə həmin ilin mayın 27-də kilsəyə kafedral status verilmişdi). Xramda Qotik üslubun şərq elementlərindən istifadə olunub, XVI əsrə xas çizgiləri özündə daşıyır. İçərisi geniş pəncərələri və divarları müqəddəs Məryəm ana və s. ikonalarla bəzədilmişdir. Kilsənin içərisində xaçların bərabər olması şərqdən gəlməni, dini xüsusiyyətlərə hörmət mənasını kəsb edir. Bəsit fresko, Arka tavanı, mövcud kürə nuru günəşin mənasını daşıyır. Məbədin ”Qızıl tənasüb” görüntülü tikildiyini vurğulayan bələdçimiz bəşəriyyətin kökündə insanın təbiətə münasibətinin durduğunu söylədi. Kilsədə insanlar yovşan, şam yandırıb ayinlər oxuyurdular. Duaları bitirdikdən sonra müqəddəs hesab etdikləri kitabı öpüb şəfa istəyirdilər, uzun stolların üstündə paketlərdə müxtəlif ərzaqlar və içkilər düzülmüşdü. Kilsənın qapıları bütün vətəndaşların üzünə açıqdır, burda ayrı-seçkilik salınmır, insanlar bura rahatlıqla girə, məbədi gəzə, hətta girişdə kənarda qoyulmuş stentlərdə xaç, sep, ətir, kitab ala bilərdilər.
İkinci dayanacaq Təzəpir məscidi idi (XIV-XV əsrlərdə mövcud olan türbə zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Zaman-zaman dağıntılara məruz qalan Ziyarətgah Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817- ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərində başlayıb. Sonralar Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Belə bir məscidi tikdirməyi əhd edən Nabat xanım heç kimdən kömək almadan öz hesabına binanı inşa etdirir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidi adlanır. Məscidi 1905-ci ildə məşhur memar Zivərbəy Əhmədbəyov tikib). İştirakçılar Sovetskidə yerləşən məscidə piyada getdilər. Sovetskinin çox hissəsi sökülsədə bəzi məhəllələrdə yaşayış var idi. Uzun yol boyu sökülən evlər seyr edilərək, müxtəlif mövzularda söhbətlər edildi.
Gülşən xanım qeyd edib ki, məscidin son bərpaçısı Eldar Mikayılzadə olub. Məscid Şərq üslubundadır, ovdana yaxın olduğundan daimi içməli su təchzatı olub, ən xırda detallara qədər düşünülən məsciddə təmizləyici qurğu mövcud olub.
Son dayanacaq dənizçilərin qəzadan qurtulduqdan sonra XIX əsrin sonlarında gəmi formasında inşa etdikləri məbəd - “Arxangel Mixail” oldu. Məbəddə çalışan Qalina burada olan ikonaların ən məşhurları haqqında maraqlı məlumatlar verdi. İbadətin əhəmiyyətindən, bura gələn insanların müxtəlif dinə mənsub olduqlarından, kilsənin qapılarının hamının üzünə açıq olduğundan danışdı.
Tur boyu ziyarət edilən məbədlərdə MİRAS üzvlərinin qəlbindən dünyaya sülh, insanlara azadlıq, sağlamlıq, rifah arzusu keçir, bu niyyətləri Ulu Rəbbimizə ünvanlanan dualarımızın məğzində dururdu.

 

Oxunub : 4220