AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS ilk Beynəlxalq Mədəni İrs Düşərgəsini təşkil edir
10-4-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ildən başlayaraq “Beynəlxalq Tarixi-mədəni Azərbaycan turu” layihəsi çərçivəsində Beynəlxalq Mədəni İrs Düşərgəsi təşkil edir. İlk düşərgə Abidələr və Tarixi Yerlər gününə həsr olunub, 17-23 aprel tarixlərində baş tutacaq.
Gürcüstanın Tbilisi Dövlət Universitetində şərqşünaslıq (türkologiya, ərəbşünaslıq və iranşünaslıq) ixtisasından təhsil alan bir qrup tələbə aprelin 17-də Azərbaycana gəlib. Düşərgəyə qoşulan tələbələr MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ağsu şəhərindəki arxeoloji bazasında yerləşib və oradan Azərbaycanın müxtəlif bölgələrinə səfər edirlər.
Düşərgənin əsas məqsədi əcnəbi tələbələri Azərbaycanın mədəni irsi və tarixi ilə yaxından tanış etmək, ölkəmizin tarixini, mədəni irsini, mədəniyyətini təbliğ etməkdir. Belə ki, gənclər Azərbaycan haqqında dolğun məlumat əldə edəcək, biliklərini möhkəmləndirəcəklər. Bu cür tədbirlər iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsinə, aparılmış elmi tədqiqat işlərinin nəticələrinin yayılmasına, milli və mənəvi dəyərlərimizin, adət və ənənələrimizin tanınmasına kömək edir.
Düşərgə iştirakçıları Tovuz, Şəmkir, Ağsu, Şamaxı, Qobustan, Bakı, İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi abidələri ilə tanış olur, Azərbaycanın tanınmış alimləri və tədqiqatçılarının mühazirələrini dinləyirlər.
Layihə çərçivəsində gələcəkdə başqa ölkələrdən olan iştirakçıların da oxşar düşərgəyə cəlb olunması nəzərdə tutulur.

Oxunub : 3053