AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS-ın yeni İdarə Heyəti
2-12-2013

2013-cü il dekabrın 1-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi növbəti Ümumi Yığıncağını keçirdi. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir.
İctimai Birliyin üzvlərinin əksəriyyətinin iştirak etdiyi iclasda əvvəlcə MİRAS-ın 2013-cü ildəki fəaliyyəti haqqında hesabat dinlənildi. Daha sonra birliyin hüququ ünvanının dəyişilməsi, təsisçilərin sayının artırılması, nizamnaməyə “mədəni irsin tədrisi” sözlərinin əlavə olunması kimi məsələlər müzakirə olundu və açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul edildi.
Sonda gizli səsvermə yolu ilə MİRAS İctimai Birliyinin yeni İdarə Heyəti seçildi. Qeyd edək ki, İdarə Heyətinə seçkilər prosesi 1 ay öncədən başlamışdı və üstqurumda təmsil olunmaq istəyən istənilən MİRAS üzvü özünün, yaxud da başqa bir üzvün namizədliyini verə bilərdi. Tam şəffaf və demokratik şəraitdə keçən seçkilərdə 19 namizəd işrtirak edirdi. Son anda onlardan biri namizədliyini geri götürdüyünə görə mübarizəyə 18 nəfər qatılmışdı. Onlardan 9-u – Qafar Cəbiyev, Fariz Xəlilli, Arzu Soltan, Məmməd Rəhimov, Şölə Bayramova, Albina Rzayeva, Zəka Babazadə, Valeh Cəfərov, Toğrul Muxtarov yeni İdarə Heyətinin üzvü seçildilər. Seçkilərdə səs sayına görə sonrakı yerləri tutan 3 nəfər – Rəşad İbrahimov, İradə Qədirova və Aytən Məmmədli isə, Nəzarət-təftiş komissiyasının üzvləri oldular.

Oxunub : 4032