AZE ENG
Facebook
Twitter Google Myspace
Kənd həyat tərzinin inkişafında qadınların rolu
5-9-2016

 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunda “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi çərçivəsində təlimlərə başlayıb. Avqustun 29-dan sentyabrın 3-dək davam edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.  Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçiləri Gülşən Hüseynova və Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur.

Layihənin məqsədi ahıl, tənha və aztəminatlı ailələrin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir.Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai duruma malik olan qadınların ev sənətkarlığı haqqında bilik və təcrübələrinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqinə yönəldilib.Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli  Araşdırma mərhələsində hər üç kənddə 100 qadın arasında sorğu keçirilib, evlərdə qorunub saxlanan xalça və palaz məmulatı haqqında qeydlər aparılıb və fotolar çəkilib. Respondentlər kəndlərdə əvvəllər xalçaçılığın geniş yayıldığını bildiriblər. Lakin son 20 ildə bu sənət sahəsinin tənəzzülə uğradığını, ənənənin getdikcə unudulduğunu vurğulayıblar. Qadınlar kəndlərdə əsas problemin su qıtlığı olduğunu bildirib, xalçaçılıq, pambıqçılıq, üzümçülük və mal-qara ilə məşğul olmanın ailənin sosial durumu və rifahı üçün faydalı ola biləcəyini qeyd ediblər.Sonrakı mərhələdə sorğular və müşahidələr təhlil edilib, ekspert qiymətləndirmələri aparılıb, təkliflər və tövsiyələr hazırlanıb.Təlim çərçivəsində hər üç kəndin qadınlarına ənənəvi və müasir xalça-palaz toxuma üsulları öyrədiləcək. Boyaqçılığın və boyaq bitkilərinin kultivasiyası, yun emalı, iplik istehsalına həsr olunan praktik məşğələlər keçiriləcək.
Oxunub : 4441