AZE ENG
Facebook
Twitter Google Myspace
Ohrid-Vodici, 2018 Konfransı
24-10-2017
VI Beynəlxalq 
“Ohrid-Vodici, 2018” Konfransı
Ohrid
17-19 yanvar 2018 
 
Diaspora, Transmillilik, Transkulturalizm və Mədəniyyətlərarası Əlaqələr Sosial Kapitalın Yeni Forması Kimi
 
Konfransın Təşkilatçıları
Avropa-Balkan Universiteti, Skopye, Makedoniya
Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, Skopye, Makedoniya
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Bakı, Azərbaycan
Qabaqcıl Tədqiqatlar Universiteti, Koszeq, Macarıstan
Selcuk Universiteti, Konya, Türkiyə
 
Miqrasiya və miqrasiya ilə bağlı mövzular hazırda ictimai elmlərdə və humanitar sahədə əhəmiyyətli rol oynayır. Müxtəlif mözvuların içindən sosioloqlar miqrasiya və identliklik, vətəndaşlıq, qanun və hüquqi status, din, ailə və qohumluq, uşaqlar və 'ikinci nəsil', dil, təhsil, sağlamlıq, media istehlakı, İnternetdən istifadə, 'ev inşası', cinsəllik, pul köçürmələri, məmləkət birlikləri, inkişaf və sosial dəyişikliklər, yerli siyasət, iş yerləri və əmək bazarları mövzularına diqqət yetirirlər.
Müasir miqrasiya mürəkkəb və çoxtərkibli bir prosesdir və insanların köçü çox zaman tək yönlü deyildir.  Miqrantlar davamlı olaraq müxtəlif yerlərə köç edirlər. Xüsusilə də, sərhədlər boyunca müasir kommunikasiya və nəqliyyat üsulları qalanlarla əvvəlkindən fərqli şəkildə əlaqə saxlanılmaqla, müxtəlif ölkələrdə işləmək və yaşamaq imkanı verir (Foner 1997, Morawska 1999). Sosial-mədəni transmilli tədbirlər geniş sosial və mədəni sazişlər spektrini ehtiva edir. Bunun vasitəsilə yalnız iqtisadi mənbələr deyil, həmçinin, ideyalar, mənalar və təcrübələr mübadiləsi aparılır və təşkil olunur Levitt and Glick Schiller (2004).Son tədqiqatlar sosial köçürmələrin konsepsiyası və əhəmiyyəti müəyyən edilmişdir (Levitt 1998). Onlar xaricdə yaşayan və vətənlərində qalan miqrantlar arasında ictimai kapitalın müəyyən formasını təmin edir. Miqrantların xaricdə olanlarla vətəndə qalanları əlaqələndirən sosial sfera qurduqlarını söyləmək, onların həyatının müəyyən bir yerdə və vaxtda möhkəm şəkildə köklənmədiyini söyləmək demək deyil.
Onlar həqiqətən də öz yeni icmalarının sakinləridir. Ayrı-ayrı şəxslər daha yaxşı yaşam üçün, yaxud yoxsulluqdan yaxa qurtarmaq, siyasi təqibdən uzaq olmaq və/ya ailə təyziqlərindən yaxa qurtarmaq üçün miqrasiya edə bilərlər. Qadın və kişilər üçün fərqli amillər birləşməsi də çox zaman rol oynayır. Nəsildə olan ailədaxili rol, statuslar, münasibətlər, qeyri-bərabərlik və gender məsələsi miqrasiya edənlərə, miqrantların özlərinə, onların göndərilmə və qəbul edildiyi ərazilərə təsir göstərir. Təcrübə göstərir ki, miqrasiya qadınların həyat tərzini yaxşılaşdırmaq və ağır gender münasibətlərini dəyişdirmək üçün yeni imkanlar yaradır, hətta münaqişə nəticəsində baş verən köçürülmə genderin rolu və qadınların xeyrinə dəyişikliklərə gətirib çıxara bilər. Miqrasiya, eyni zamanda, ənənəvi rollar və bərabərsizlikləri möhkəmləndirə və qadınları qeyri-bərabər statusa görə yeni acizliyə və onalrın təcrid olunmaya məruz qoya bilər. Miqrasiya həmçinin uşaqlara da əhəmiyyətli təsir göstərir. Doğma yerlərində qalanlar maddi baxımdan daha yaxşı imkana malik olurlar, lakin tez-tez xaricdə çalışan valideynlərindən uzaq olmaları səbəbiylə əziyyətə düçar olurlar.
Diaspora kontekstini araşdırılmasında ikinci nəsilin tədqiqatlarına,onların müxtəlif formalı transkulturalizm və mədəniyyətləarası əlaqələri və kommunikasiyalara əsaslanan uğurlu inteqrasiya trayektoriyalarına rast gəlinir. Digər ampirik məlumatlar, ikinci nəslin güclü mənimsəmə və etnik bağlılığı davam etdirə bildiyini göstərir. Bəzi kompakt miqrant icmaları arasında qarışıq nikahlar sosial cəhətdən qəbuledilməzdir. Vilayətdə həyat yoldaşı seçmək məsələsi aktural olaraq qalır. Diaspor ərazilərinə yeni miqrantların davamlı axını ikiqat təsirə malikdir. Diaspor klubları və təşkilatları, yeni gələnlərin asanlıqla yerləşməsi və məşğulluğunu təmin edir. Eyni zamanda miqrantlar özləri ilə birlikdə yerli spesifik etnik mədəniyyət, dini ənənələr və doğulduğu  yerlərin davranış vərdişlərini gətirirlər.
 
 
KONFRANS MÖVZULARI
Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularını əhatə etməlidir.
 
KONFRANSIN ELMİ KOMİTƏSİ
Dr. Rubin Zemon- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Ferenc Mislivetz, fəlsəfə doktoru- Qabaqcıl Tədqiqatlar Universiteti, Koszeq, Macarıstan
Robert Pichler, fəlsəfə doktoru-Avstriya Elmlər Akademiyası, Vyana, Avstriya
Giuliano di Bernardo, fəlsəfə doktoru-Trento Universiteti, Trento, İtaliya
Dr. Samoil Malcheski- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Fariz Xəlilli -MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
Osman Kunduracı , fəlsəfə doktoru- (Selcuk Universiteti) Konya, Türkiyə
Ahmet Aytac, fəlsəfə doktoru- (Selcuk Universiteti) Konya, Türkiyə
Ivaylo Markov, fəlsəfə doktoru-Etnologiya və Folklorşünaslıq İnstitutu, Etnoqrafiya Muzeyi – Bolqarıstan Elmlər Akademiyası)- Sofiya, Bolqarıstan
Dr. Jasminka Simic –Serbiya Radio-Televiziya Şurası (Belqrad, Serbiya)
Kubilay Akman fəlsəfə doktoru- (Uşak Universiteti) Uşak, Türkiyə
Boris Manov, fəlsəfə doktoru (Müqəddəs Neofil Rilski Universiteti), Blagoevgrad, Bolqarıstan
Rizvan Sulejmani, fəlsəfə doktoru (‘Mother Teresa’ Universiteti) –Skopye, Makedoniya
Velika Stojkova Serafimovska- fəlsəfə doktoru ("Marko Cepenkov"Folklor İnstitutu), Skopye, Makedoniya
Nadia Cherepan –Avropa Humanitar Elmlər Universiteti (Vilnüs, Litva)
Dr. Meli Shopi -Elbasan Universiteti (Elbasan, Albaniya)
Dr. Dejan Metodijeski- Ştip Goce Delchev Universiteti ( Skopye, Makedoniya)
 
Tezis üçün son müraciət: 14 dekabr 2017
Tezislərin qəbulu haqda bildiriş: 21 dekabr 2017
Qeydiyyat: 9 yanvar 2018
Konfrans: 17-19 yanvar 2018-cı il
 
MƏQALƏLƏRİN TƏQDİM OLUNMASI VƏ POSTERLƏR
Konfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 14 dekabr 2017-ci il tarixinədək conference@euba.edu.mk emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 21 dekabrda göndəriləcəkdir.Məqalələr aşağıdakı formada təqdim oluna bilər:
Məruzə/panel yaxud poster
Məruzə üçün məqalədə 300 sözdən ibarət olan yalnız ingilis dilində tezis (əsas mövzu və nəticə göstərilməklə) olmalıdır. 
Panel üçün məqalə yalnız ingilis dilində 500 sözlük tezisdən (panel məqalələrinin tezisi də daxil olmaqla) ibarət olmalıdır.
Məqalə müəllifinin adı və elmi dərəcəsi göstərilməlidir.
Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan) 
E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
Posterlə iştirak edəcək şəxslər 50X75 ölçüsündə poster hazırlatmalıdır. 
 
 
KONFRANSIN DİLİ
Konfrans iki dildə, Makedon və ingilis dillərində keçiriləcək.
 
SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
 
KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş bütün tezislər kitabça şəklində nəşr olunacaq.
 
KEÇİRİLƏCƏK YER
Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək. Dəqiq məkan haqda məlumat ən qısa zamanda veriləcək.
 
KONFRANS TARİXLƏRİ
 
Konfrans 17-19 yanvar 2018-ci ildə tarixlərində keçiriləcək.
17 yanvar 2018-ci il tarixində V “Ohrid-Vodici, 2017” “İnkişaf edən dünya,işıqlı müasirlikŞ mədəni identikliyin formalaşması,irs, iqtisadyyat, turizm və media ” Konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
 
QEYDİYYAT
İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
1) 130 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
2) 60 avro güzəştli qeydiyyat haqqı
Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı
 
Qeyd: Poster üçün qeydiyyat xərci 30 avrodur. 
 
YERLƏŞMƏ
İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.
 
UÇUŞ
İştirakçılar öz uçuş biletlərini ödəyəcəkdir.
 
KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http:euba.edu.mk
 
Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.
 
 
ƏLAQƏ
Auro-Balkan Universiteti
Skopye, Macedoniya
E-mail: conference@euba.edu.mk
Əlaqəli şəxs:
Simona Josifovska
simona.josifovska@euba.edu.mk
Mobil tel./viber: +389 75311554
Oxunub : 7391