VII Beynəlxalq
“Ohrid-Vodici, 2019” Konfransı
Ohrid
17-19 yanvar 2019
Avro-Balkan Universiteti, Skopye, Makedoniya
Sosio-Mədəni Antropologiya İnstitutu, Skopye, Makedoniya
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Bakı, Azərbaycan
Qabaqcıl Tədqiqatlar Universiteti, Koszeq, Macarıstan
Səlcuq Universiteti, Konya, Türkiyə
KİMLİK, MƏDƏNİ İRS VƏ TURİZM MÜASİR GÜNDƏLİK HƏYAT VƏ QLOBAL PROSESLƏRİN ƏHƏMİYYƏTLİ ELEMENTLƏRİ KİMİ
Biz dəyişən Dünyada yaşayırıq! Bizim bir tərəfdən siyasi kimliyimiz, digər tərəfdən isə siyasətə qarşı düşkünlüyümüz vardır. Yuxarıda göstərilən qlobal problemlərdən narahat olanları və hökumətlərin bu yeni qlobal risklərlə mübarizəyə yaxşı hazır olmadıqlarını dərk edənləri, yaşıl hərəkat kimi Yeni Sosial hərəkatlar cəlb etdilər. Bu hərəkatların daha radikal sonluğunda, bütün həyat tərzi, bütün varlıq və şəxsiyyət qlobal problemləri yerli və beynəlxalq səviyyədə, dünya miqyasında etiraz etməklə, yerlərdə qəti fəaliyyət göstərməklə həll etməyə yönəlmişdir. Ənənəvi təcrübəyə istinad edən kimsələrə, alternativlər haqqında suallar verməyə ehtiyac yoxdur. Ənənə, geniş sorğulana bilməyən hərəkətlər üçün çərçivəni təmin edir, sabitlik şəraitində və bu fonda kimliyini və özünü dərk etməyə imkan yaradır. Yerli mədəniyyətlər və ənənələr yeni mədəniyyət və ideyalara məruz qaldığından, qloballaşma bunu sona çatdırır, bu da ənənəvi davranış üsullarının müzakirəyə səbəb olmasına gətirib çıxarır. Qloballaşmanın nəticəsi kimi, cəmiyyətlər və mədəniyyətlər gündəlik həyatın kasadlaşdığı, məlumatlılığın azaldığı “ənənə naminə ənənə” kimi ənənəsizləşmə prosesi keçirir.
Biz həmçinin, Miqrasiya Erası və Dəyişən Müasirlik Erasında yaşayırıq. Müasir miqrasiya mürəkkəb və çoxsaylı müxtəlifliyə malik proseslər kompleksidir, burada insanlar heç də bir istiqamət üzrə hərəkət etmir, köçkünlər, miqrantlar davamlı olaraq müxtəlif yerlər arasında yerdəyişmə edirlər. Bütün sərhədləri aşan müasir kommunikasiya və nəqliyyat vasitələri insanlara müxtəlif ölkələrdə yaşamaq və işləmək, eyni zamanda, geridə qoyduqları ilə əlaqə saxlamaq imkanı verir. Cəmiyyətdəki qeyri-müəyyənlik insanların əksəriyyətinin daim “kimliyinin təkmilləşdirilməsi” ilə məşğul olmalarını tələb edir, amma o həmçinin zəngin və güclülərin dünyanın qeyri-sabit, sürətlə dəyişkənliyini yaratdıqlarını və ondan istifadə etdiklərini göstərir, bu həm də insanların qaçağan dünyada həyatın mənfi nəticələrindən daha yaxşı müdafiə oluna biləcəklərini qeyd edir. Bu, insanın bir sosial mövqedən digərinə ahənglə keçə bildiyi, müasirliyin özünəməxsus xaotik davamıdır. Nomadizm, həyatın axarı ilə gedən, turist kimi yaşayış, iş yerlərini, həyat yoldaşını, dəyərləri, bəzən isə özünü ənənəvi dəstək şəbəkələrindən xaric etməklə, bu şəbəkələrin qoyduğu məhdudiyyət və ya tələblərdən azad edərək daha çoxuna, məsələn, siyasi və cinsi yönümünü dəyişən “mütəhərrik müasir” insanın ümumi əlamətinə çevrilməkdədir.
Müxtəlif amillər turizmi dövlət və özəl iqtisadiyyat, mədəni irs, identiklik və hətta qlobal proseslər üçün xüsusilə münasib etmişdir. Turizm insan cəmiyyətini ələ almaqdadır. Demək olar ki, bütün cəmiyyətlərdə insanlar turizmlə bağlıdırlar. Dünya İqtisadiyyatının qloballaşmasından, səyahət və daşımalar üçün beynəlxalq şəbəkələrin təkmilləşdirildikdən sonra, alimlər və tədqiqatçılar üçün çox maraqlı olan müəyyən təyinat yerləri turistlər üçün də daha əlçatan oldu. Eyni zamanda, turizm bir çox antropoloq, politoloq, sosioloq və əlbəttə ki, davamlı inkişaf, ətraf mühitin mühafizəsi ilə məşğul olan ekoloqların və digər insanların diqqət mərkəzində olan iqtisadi inkişaf və ictimai-siyasi dəyişikliklərin, onlarla bağlı proseslərin katalizatordur.
ƏLAQƏLİ MÖVZULAR:
Biz antropologiya/etnologiya, siyasi elmlər, iqtisadiyyat, turizm elmləri, mətbuat, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etnomusiqi, memarlıq, muzeyşünaslıq, arxivləşdirmə, audio-vizual incəsənət, informasiya elmləri/texnologiyaları, coğrafiya, sosiologiya, psixologiya və digər əlaqəli sahələr üzrə alimləri, doktorantları və magistrantları, tələbələri, tədqiqatçıları və araşdırmaçıları konfransın əsas mövzusu ilə bütün əlaqəli sahələr üzrə mövzularda məqalələri ilə iştirak etməyə dəvət edirik. Müraciətlər mədəni irs, iqtisadiyyat, turizm, kütləvi informasiya vasitələri, mədəni kimlik, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. ilə bağlı geniş spektrli məsələləri əks etdirə bilər.
KONFRANSIN ELMİ KOMİTƏSİ
Dr. Rubin Zemon - Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Ferenc Mislivetz - Qabaqcıl Tədqiqatlar Universiteti, Koszeq, Macarıstan
Dr. Fariz Xəlilli - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
Dr. Viktor Şnirelman – Rusiya Elmlər Akademiyası Etnologiya və Antropologiya İnstitutu
Dr. Osman Kunduracı – Səlcuq Universiteti, Konya, Türkiyə
Dr. Boris Manov - Müqəddəs Neofil Rilski Universiteti, Blagoevgrad, Bolqarıstan
Dr. Xubilay Akman - Uşak Universiteti, Uşak, Türkiyə
Dr. Əhməd Aytac – Səlcuq Universiteti, Konya, Türkiyə
Dr. Aleksandar Manasievski - Euro- Balkan University, Skopye, Macedonia
Dr. İvaylo Markov - Etnologiya və Folklorşünaslıq İnstitutu, Etnoqrafiya Muzeyi – Bolqarıstan Elmlər Akademiyası, Sofiya, Bolqarıstan
Dr. Meli Şopi - Elbasan Universiteti, Elbasan, Albaniya
Dr. Samoil Malçeski - Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutu, Skopye, Makedoniya
Dr. Duşka Matevska – Müqəddəs Kiril və Mefodi Universiteti, Skopye, Makedoniya
Dr. Yasminka Simic – Serbiya Radio-Televiziya Şurası, Belqrad, Serbiya
Dr. Nadiya Çerepan – Avropa Humanitar Elmlər Universiteti, Vilnüs, Litva
Dr. Deyan Metodiyeski - Ştip Goce Delchev Universiteti, Skopye, Makedoniya
Tezis üçün son müraciət: 17 dekabr 2018
Tezislərin qəbulu haqda bildiriş: 24 dekabr 2018
Qeydiyyat: 9 yanvar 2019
Konfrans: 17-19 yanvar 2019
MƏQALƏLƏRİN TƏQDİM OLUNMASI VƏ POSTERLƏR
Konfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 17 dekabr 2018-ci il tarixinədək conference@euba.edu.mk emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 24 dekabrda göndəriləcəkdir.Məqalələr aşağıdakı formada təqdim oluna bilər:
• Məruzə/panel yaxud poster
• Məruzə üçün məqalədə 300 sözdən ibarət olan yalnız ingilis dilində tezis (əsas mövzu və nəticə göstərilməklə) olmalıdır.
• Panel üçün məqalə yalnız ingilis dilində 500 sözlük tezisdən (panel məqalələrinin tezisi də daxil olmaqla) ibarət olmalıdır.
• Məqalə müəllifinin adı və elmi dərəcəsi göstərilməlidir.
• Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
• E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
• Posterlə iştirak edəcək şəxslər 50X75 ölçüsündə poster hazırlatmalıdır.
KONFRANSIN DİLİ
Konfrans iki dildə, Makedon və ingilis dillərində keçiriləcək.
SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş bütün tezislər kitabça şəklində nəşr olunacaq.
KEÇİRİLƏCƏK YER
Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək. Dəqiq məkan haqda məlumat ən qısa zamanda veriləcək.
KONFRANS TARİXLƏRİ
Konfrans 17-19 yanvar 2019-cu il tarixlərində keçiriləcək.
17 yanvar 2019-cu il tarixində VI “Ohrid-Vodici, 2018” konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
QEYDİYYAT
İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
1) 130 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
2) 60 avro güzəştli qeydiyyat haqqı
Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı
Qeyd: Poster üçün qeydiyyat xərci 30 avrodur.
YERLƏŞMƏ
İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.
UÇUŞ
İştirakçılar öz uçuş biletlərini ödəyəcəkdir.
KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http:euba.edu.mk
Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.
ƏLAQƏ
Avro-Balkan Universiteti
Skopye, Macedoniya
E-mail: conference.ohrid2019@gmail.com
Əlaqəli şəxs:
Sanya Angelovska
angelovskas26@gmail.com
mobile/viber: +38978356072
Təşkilat Komitəsi
Sanya Angelovska
Zoran Vitorovic
Verica Dzijanovska
Vahid Memed |