AZE ENG
Facebook
Twitter Google Myspace
Tarix və arxeologiyada skif problemi və təsviri sənətdə Tomris ikonoqrafiyası
9-5-2020

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 12 may saat 19:00-da “Tarix və arxeologiyada skif problemi; Təsviri sənətdə Tomris ikonoqrafiyası” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin  müdiri Günel Seyidəhmədlidir. Məruzəçilər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakütləsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.

Zaur Həsənov skif problemini müxtəlif yazılı mənbələr əsasında təqdim edəcək. Assur, Babil, Yeni-Babil, Əhəməni, Herodot və ondan sonra gələn antik müəlliflərin əsərlərində skiflərlə bağlı məqamlar qeyd olunacaq. Müxtəlif ölkələrdə nəşr olunan xəritələr əsasında skif və sakların dövlətləri Aşquz və Sakasenanın əraziləri göstəriləcək. Məlum olduğu kimi, Azərbaycanda skif tapıntıları müxtəlif dəfn abidələrindən tapılır: kurqanlar, böyük təpələrdə sallama torpaq qəbirləri, daş qutu qəbirlər, torpaq qəbirlər. Arxeoloji baxımdan skif tapıntıları iki dövrə ayırılır: e.ə. VIII əsr-VI əsrin I yarısı və e.ə. VI əsrin ikinci yarısı-IV əsr. Tarixi mənbələrin skiflərin Azərbaycana gəlməsi məlumatını təsdiqləməsi məqsədilə arxeoloji tapıntıların bu marşurut üzərində geoqrafik lokallaşmasından istifadə ediləcək. Nəhayət, skif mədəniyyətində müxtəlif qadın təsvirləri haqqında danışılacaq.

Sevil Kərimova dünya və Azərbaycan təsviri sənətində Tomris obrazı və onun ikonoqrafiyasının formalaşması, atribusiyası və bu obraza müraciət, eləcə də müasir dövrdə obrazın transformasiyaya uğrama səbəblərindən bəhs olunacaq.

 

Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.

Meeting ID: 886-7635-6617

Oxunub : 3897