AZE ENG
Facebook
Twitter Google Myspace
"Ohrid - Vodiçi 2022" X Beynəlxalq Elmi Konfrans
16-11-2021

MÖVZULAR

Ekoloji tədqiqatlar, mədəni irs, siyasi elmlər, iqtisadiyyat, turizm, media, memarlıq, muzeyşünaslıq, arxivçilik, audio-vizual sənətlər, informasiya elmləri/texnologiyaları, arxeologiya, antropologiya/ etnologiya, incəsənət tarixi, coğrafiya, sosiologiya, psixologiya və bütün əlaqədar sahələr üzrə alimlər, fəlsəfə doktorları, magistr tələbələri, tədqiqatçılar və praktikantlar bu konfransda sahəsinə aid hər hansı bir mövzuda məqalə ilə çıxış etməyə dəvət olunur. Məqalələr əsasən ətraf mühitin və mədəni irsin mühafizəsi və idarə olunması, davamlı inkişaf, təşviq, turizmin inkişafı və s. ilə bağlı geniş miqyaslı məsələləri əks etdirə bilər.


Müraciət üçün son tarix: 17 dekabr 2021

Qəbul haqqında bildiriş: 24 dekabr 2021-ci il

Qeydiyyat: 9 yanvar 2022

Konfrans tarixi: 17-19 yanvar 2022


MƏQALƏLƏR və ya POSTERLƏRİN TƏQDİMATI 

Konfrans fərdi məruzələr üçün təqdimatlara açıqdır. Məruzə və posterlər üçün tezislər 17 dekabr 2021-ci il tarixinədək conference.vodici2022@gmail.com elektron poçtuna göndərilməlidir. Proqram Komitəsinin qiymətləndirməsindən sonra qəbul edilmiş məqalələr haqda 24 dekabr 2021-ci il tarixinədək e-mail vasitəsilə bildiriləcəkdir. Müraciətlər aşağıdakı qaydada  yazılmalıdır:


• Məruzə və ya posterin adı 

 Əsas arqument və nəticələr daxil olmaqla fərdi məqalələr üçün 300 sözdən çox olmayan xülasə (yalnız ingilis dilində)

• Poster üçün maksimum 500 sözlük xülasə (yalnız ingilis dilində)


• Məqalə müəllifinin adı və elmi dərəcəsi

• Məqalənin müəllif(lər)inin qısa tərcümeyi-halı (bir paraqrafdan ibarət)

• Məqalənin müəllif(lər)inin e-mail, telefon nömrələri

• Posterin ölçüsü 50x75 sm olmalıdır


KONFRANSIN DİLİ

Konfransın dili həm Makedon, həm də ingilis dilidir.


SERTİFİKAT

Konfransın sonunda qeydiyyatdan keçmiş bütün iştirakçılara iştirak haqda sertifikat təqdim ediləcək.


KONFRANS KİTABI

Konfransa qəbul edilmiş bütün tezislər konfrans kitabında nəşr olunacaqdır.


MƏKAN

Konfrans Şimali Makedoniya Respublikasının Ohrid şəhərində keçiriləcək. Dəqiq yer barədə daha sonra məlumat veriləcək.


TƏQVİM

Konfrans 17 yanvar 2022-ci ildə baş tutacaq və 19 yanvar 2022-ci ildə başa çatacaq. 


17 yanvar 2022-ci il tarixində IX Vodiçi-Ohrid 2021 "Pandemiya şəraitində mədəni irs, ətraf mühit, elmi tədqiqat və turizm" Konfransının məqalələr kitabının təbliği və yayılması həyata keçiriləcək.

 

QEYDİYYAT

Konfransda 3 ödəniş növü var: 

1. Standart ödəniş növü- 130 EUR

Standart ödəniş növünə daxildir: 2 gecəlik qalma (yataq və səhər yeməyi), qeydiyyat, konfrans materialları (xülasə kitabı), açılış tədbiri, nahar və şam yeməyi, qəlyanaltılar, konfrans materiallarının kitabı

2. Güzəştli ödəniş növü- 60 Avro

Güzəşli ödəniş növünə daxildir: Qeydiyyat, konfrans materialları (xülasə kitabı), açılış tədbiri, qəlyanaltılar və konfrans materiallarının kitabı.

3. Onlayn iştirak ödənişi- 20 avro

Bu ilki Pandemiya şəraiti ilə əlaqədar olaraq, konfrans həmçinin İnternet platformaları (xülasə kitabı, onlayn keçid və konfrans materialları kitabı) vasitəsilə təşkil olunacaq.


YERLƏŞMƏ

Qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaqdır. Standart qeydiyyat haqqını seçən iştirakçıların qalma xərcini təşkilat komitəsi təşkil edəcək və ödənişləri qarşılayacaq. İştirakçılara tezislər qəbul edildikdən sonra qalma haqqında ətraflı məlumat veriləcək.

 

SƏYAHƏT

İştirakçıların yol xərcləri özlərinə aiddir.


ƏLAQƏ

contact@car.org.mk

icanth@gmail.com

Simona Madzevic M.A.

Mobil/viber + 38971277720


KONFRANS PROQRAM KOMİTƏSİ

Rubin Zemon, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya

Fariz Xəlilli, tarix üzrə fəlsəfə doktoru, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Bakı, Azərbaycan 

Ferenc Miszlivetz, fəlsəfə doktoru,  Qabaqcıl Araşdırmalar İnstitutu, Koszeq, Macarıstan

Andrey Qoroxov, baş redaktor, Rusiya Politologiyası, Moskva, Rusiya Federasiyası

Ahmet Aytaç, Aydın Adnan Menderes Universiteti, İzmir, Türkiyə

Georgi Nikolov, fəlsəfə doktoru,  Milli və Dünya İqtisadiyyatı Universiteti, Sofiya, Bolqarıstan

Tatjana Dragicevic – Radiçeviç, fəlsəfə doktoru, Universitet Biznes Akademiyası, Novi Sad, Serbiya

Hristo Petrevski, fəlsəfə doktoru, Elm, Alternativ, Mədəniyyət və İncəsənət İnstitutu, Skopye, Şimali Makedoniya 

Kubilay Akman, fəlsəfə doktoru, Uşak Universiteti, Türkiyə 

Luici Santacroce, fəlsəfə doktoru, Aldo Moro Universiteti, Bari, İtaliya

Liljana Poposka, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya

Meli Şopi, fəlsəfə doktoru, Elbasan Universiteti, Elbasan, Albaniya

Dejan Metodijeski, fəlsəfə doktoru, Goce Delchev Universiteti, Stip, Skopye, Şimali Makedoniya

Marijana Secibovic, fəlsəfə doktoru, VSTIM Kolleci, Konjic, Bosniya və Herseqovina

Jasminka Simic, fəlsəfə doktoru, Serbiya Radio-Televiziyasının baş redaktoru, Belqrad, Serbiya 

Nadzyea Cherepan, fəlsəfə doktoru, Avropa Humanitar Elmlər Universiteti, Vilnüs, Litva

Zoran R. Vitorovic, fəlsəfə doktoru, Qlobal Proseslər Jurnalı, baş redaktor, Mayami, ABŞ

Temelko Ristevski, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya

Gjorgji Tonovski, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya

Emil Gjorgov, fəlsəfə doktoru, Strateji Araşdırmalar Mərkəzi, Skopye, Şimali Makedoniya 


Təşkilat Komitəsi

Aleksandar Manasieski, fəlsəfə doktoru

Ljupco Janevski, fəlsəfə doktoru

Simona Madzevic, magistrant

Verica Dzijanovska

Marina Vrvcoska, magistrant

Oxunub : 2948