AZE ENG
Facebook
Twitter Google Myspace
"Miras" İctimai Birliyi İdarə heyətinin üzvü Məleykə Hüseynova Aktau şəhərində PICASP layihəsi görüşlərində iştirak edir
20-11-2024
Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən PICASP - Xəzər bölgəsinin inkişafında universitet+müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar layihəsi çərçivəsində tərəfdaşların (İtaliya, Polşa, Litva, Qazaxıstan və Azərbaycan) iştirakı ilə Qazaxıstan Respublikasında növbəti görüş keçirilir. Görüşdə Azərbaycan tərəfindən "Miras" İctimai Birliyi, Xəzər Universiteti və  Azərbaycan Turizm və Menecment Universitetindən 11 nəfərlik nümayəndə heyəti iştirak edir. Tədbirdə "Miras" İctimai Birliyini İdarə heyətinin üzvü Məleykə Hüseynova təmsil edir. Tədbirin Aktau şəhərində keçirilən birinci hissəsi Yessenov Universitetində təşkil olunub. İlk öncə iştirakçılar üçün universitetin yaranma tarixini, fəaliyyət istiqamətlərini, tələbələr üçün yaradılan şəraiti, həmçinin PICASP layihəsi çərçivəsində təşkil olunmuş fəaliyyət sahələrini əhatə edən tanışlıq turu təşkil edilib. Daha sonra Qazaxıstan tərəfinin layihə dövründə gördüyü işlər, yaradılan MOOC təlimləri (kütləvi açıq onlayn kurslar), universitet+müəssisə əməkdaşlığı, istehsalat müəssisələri təcrübəsi və s. haqqında geniş məlumat verilib.
 
Tədbir çərçivəsində Mangistau dövlət tarix və mədəniyyət qoruğuna, Kızılkup və Bozşıra vadilərinə səfər təşkil olunub.
 
Tədbirin ikinci hissəsi Almatı şəhərində davam edəcək.

 

Oxunub : 22