AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Ağsu məktəblilərini teatrla görüşdürdü
6-5-2013

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimi Birliyinin Uşaq və Gənclərlə iş şöbəsi uşaqlar üçün növbəti maraqlı tədbirini Ağsu rayonunda gerçəkləşdirdi. Belə ki, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimi Birliyinin və Bakı Uşaq Teatrının əməkdaşlığı ilə 4 may 2013-cü ildə Ağsu şəhər Mədəniyyət Evində tamaşaçılar Bakı Uşaq Teatrının yaradıcı heyəti ilə görüşdülər.
Rayon Icra Hakimiyyətinin dəstəyi və Miras Ictimai Birliyinin üzvü Aytən Məhərrəmovanın fəal iştirakı ilə təşkil olunan görüş rayonda böyük marağa səbəb olub. Uzun illərdən bəri teatr tamaşası izləmək imkanı olmayan ağsulu uşaqlar Ağsu mədəniyyət Evində anşlaq yaradıblar.
Birliyin Uşaq və Gənclərlə İş Şöbəsinin müdiri Nicat Nuriyevin verdiyi məlumata görə, məktəblilərə teatrın aktyorlarının ifasında “Şrek və dostları” adlı nağıl-tamaşa nümayiş olunub. Hətta, tamaşaçıların marağı eyni gündə tamaşanın iki dəfə oynanılmasına səbəb olub.
Ağsu rayon Icra Hakimiyyətinin nümayəndəsi İzay Inayətov və Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru Intiqam-Soltan görüşün təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər və onu əhəmiyyətli hesab etdiklərini vurğulayıblar.

Oxunub : 3440