AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS XXXII Beynəlxalq Tarixdə və Arxeologiyada Təbii Boyaq Konfransında iştirak edəcək
30-9-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 3-4 oktyabr 2013-cü il tarixində Fransanın La Roşell şəhərində keçiriləcək XXXII Beynəlxalq Tarixdə və Arxeologiyada Təbii Boyaq (DHA) Konfransında iştirak edəcək.
Konfransın təşkilatçısı Fransanın Arrdhor-Critt Horticole təşkilatıdır. Bundan öncə konfrans Mançester, Lion, Grinviç, Brüssel, Edinburq, Amsterdam, Aviqnon, Riggisberg, Montpellye, Liverpul, Suceava, Vyana, İstanbul, Poznan, Lissabon, Derbi və Antverpen şəhərlərində keçirilmişdir.
Azərbaycanı beynəlxalq konfransda MİRAS İctimai Birliyinin üzvləri (birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, bərpaçı-rəssam Vüqar Quliyev, peşəkar fotoqraf Məmməd Rəhimov və tərcüməçi-araşdırmaçı Şölə Bayramova) təmsil edəcək. Onlar “Azərbaycanda yeni arxeoloji və etnoqrafik tədqiqatlarda təbii boyaqlar” və “Azərbaycanın xalçaçılıq sənətində boyaq” mövzularında məruzə və poster-məruzə ilə çıxış edəcəklər.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun nəşri olan kitab, broşür, jurnal və disklərin təqdim olunması nəzərdə tutulub.
Konfrans boyaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair mövzulara toxunulacaq. Konfransda dünyanın müxtəlif ölkələrindən olan konservasiyaçılar, kimyaçılar, tarixçilər, arxeoloqlar, sənətkarlar, rəssamlar iştirak edəcəklər.

Oxunub : 3278