AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsu orta əsr şəhər yerində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoydu
16-5-2010

Arxeoloqlar mart ayında tədqiqinə başladıqları 600 kvadrat metrlik sahədə tədqiqat işlərini başa çatdırmışlar. İndi onlar şəhərin əsas giriş qapısı yaxınlığında sahəsi 2048 kvadrat metrlik ərazidə tədqiqatlara başlamışlar. Şərti olaraq 4-cü qazıntı sahəsi adlandırılan yeni ərazidə aparılacaq tədqiqatlar şəhərin qala divarlarının, onun küçə, meydan, məhəllə, yaşayəş evləri və digər binalarındaha əhatəli tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni sahədə artıq yonulmuş çaydaşından və bişmiş kərpicdən inşa edilmiş müxtəlif bina qalıqları, ocaq və təndirlər aşkara çıxarılmışdır. Sahənin mərkəzi hissəsində aşkar edilmiş, daşla hörülmüş binalardan biri özünün orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. Divarlarında içəridən beş yerdə müxtəlif ölçülü taxçaları olan bina xüsusilə maraq doğurur. Binanın içərisində özündə zəngin kompozisiyaları birləşdirən çox sayda qopmuş vəziyyətdə divar bəzəkləri və karniz hissələri aşkar edilmişdir. Həmin bəzəklər xüsusi qəliblərdə hazırlanaraq dəmir mismarlarla divarlara bərkidilmişdir. Binanın döşəməsi altında şimal-cənub istiqamətində olan su xətti aşkar olunmuşdur. Su xətti bir-birinə geydirilmiş vəziyyətdə olan saxsı tünglərdən çəkilmiş, üstü və ətrafı isə daş və kirəc məhlulu ilə hörülmüşdür. 

Oxunub : 2713