AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda XVII əsrə aid şəhər qalıqları aşkar edilib
4-7-2010

Ağsu rayonunun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri hesab edir və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. Məqsəd isə XVII-XVIII əsr Azərbaycan şəhərinin sosial-iqtisadi və mədəni həyatının tarixi məqamlarını araşdırılmaqla bərabər, turistlərin bu əraziyə cəlb olunmasıdır.
Arxeoloqlar bu ərazidə qazıntılara may ayının əvvəllərindən başlayıb. Tədqiqatlar hələlik təxminən 2 hektar ərazini əhatə edir. Mütəxəssislər ilkin olaraq qala divarlarının qalıqlarını, şəhərin daxili infrastrukturunu, hamam və digər məişət obyektlərini müəyyənləşdirib. Arxeoloji qazıntıların iki ay ərzində başa çatdırılması və əraziyə turistlərin cəlb edilməsi üçün şüşəli muzeyin yaradılması nəzərdə tutulur.
"Bu sahədə həm binaların içində, həm də kənarında ocaqların və təndirlərin aşkar olunması burada əhalinin sıx yaşadığını üzə çıxarır. Qeyd edək ki, bu sahədən çox sayda maddi-mədəniyyət nümunələri aşkar olunub. Maddi-mədəniyyət nümunələri mis, metal şüşə, dəmir, saxsı məmulatlardan ibarətdir”,- deyə Ağsu arxeoloji ekspedisiya qrupunun əməkdaşı Fariz Xəlilli bildirib.

Oxunub : 2730