AZE ENG
Facebook
Twitter Google Myspace
“Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi”
14-9-2010

Bu gün, sentyabrın 14-də, Milli Azərbaycan Tarix muzeyində, “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı baş tutdu.
Qeyd edək ki, konfransdan öncə muzeyin sərgi salonunda “Ağsu möcüzəsi” sərgisinin açılış mərasimi keçirildi. Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açıq elan etdi. Daha sonra söz Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya verildi. O bugünkü tədbirin əhəmiyyətindən söz açdı. Çıxış edənlərin sırasında Maisə Rəhimova, Ənvər Seyidəliyev və Yaqub Mahmudov da var idi. Tədbir məruzələrlə davam etdi.

Oxunub : 2778