AZE ENG
Facebook
Twitter Google Myspace
“Ağsu möcüzəsi”
14-9-2010

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu möcüzəsi” sərgisinin açılışı oldu. Sərgidə bu ilin mart ayından başlayaraq Ağsu şəhərində aparılan geniş arxeoloji tədqiqatlar nəticəsində əldə edilən və bu diyarın qədim yaşayış məskəni olmasına dəlalət edən gümüş pullar, rus-alman pulları, manqal qəlibi, bıçaqlar, qaşıq, qolbaq, deşici alətlər, dəhrə, iri qab və qazan hissələri, daş kitabə, Misir və İran istehsalı olan müxtəlif kasa və boşqablar, hamam günbəzi, daş və saxsı məmulatları, Azərbaycan-Avropa əlaqələrinə aid şüşə butulka, Londonda istehsal olunmuş şüşə butulkalar, süd şüşə parçası, metal məmulatları, küpə, şirsiz saxsı məmulatları, güləbətin tel, pasta amuletlər, sümük məmulatları, kaşılar nümayiş etdirilir.

Sərgi oktyabrın 10-dək davam edəcək. 

Oxunub : 2818